2023-12-22

Birləşmiş Ərəb Əmirliklərində daimi yaşayan və (və ya) müvəqqəti olan, yaxud uzun müddətli xarici ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə

7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.

Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Birləşmiş Ərəb Əmirliklərində (Əbu-Dabi Əmirliyi) daimi yaşayan və ya müvəqqəti olan yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunan məlumatları abudhabi@mission.mfa.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur:

  • Soyadı, adı, atasının adı
  • Doğulduğu il, ay və gün
  • Daimi və ya müvəqqəti yaşadığı və ya olduğu ünvan barədə məlumat

Azərbaycan Respublikası Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılacaqdır.

 

Hörmətlə,

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi

Arxiv üzrə axtarış