İqtisadi əməkdaşlıq
(milyon ABŞ dolları)
İl |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
Saldo |
2004 |
31,16 |
8,05 |
39,21 |
- 23,11 |
2005 |
33,15 |
15,43 |
48,58 |
- 17,72 |
2006 |
37,78 |
11,62 |
49,4 |
- 26,16 |
2007 |
50,04 |
4,7 |
54,74 |
- 45,34 |
2008 |
63 |
32 |
95 |
- 31 |
2009 |
32,04 |
20,21 |
52,25 |
- 11,83 |
2010 |
56,64 |
14,91 |
71,55 |
- 41,73 |
2011 |
95,20 |
13,75 |
108,95 |
-81,45 |
2012 |
101,550,8 |
14,290,9 |
115,841,7 |
-87,259,9 |
2013 |
94,818,5 |
8,588,7 |
103,407,2 |
-86,229,8 |
2014 |
61,147,2 |
4,322,7 |
65,469,9 |
-56,824,5 |
2015 |
66,67 |
5,7 |
72,37 |
-60,97 |
2016 |
57,7 |
11,5 |
69,2 |
-46,2 |
Mənbə: AR Dövlət Statistika Komitəsi
Ticarətdə aşağıdakı məhsullar üstünlük təşkil edir:
Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan Respublikasına idxalda:
- avadanlıqlar
- mexaniki cihazlar
- elektrikli və elektron avadanlıqlar
- avtomobillər
- qida məhsulları
- kimyəvi maddələr
- təsirsiz qazlar
- sürtkü yağları
- poliefirlər
- inşaat materialları
- nəqliyyat vasitələri üçün ehtiyat hissələri
- qara metal məmulatları
- boru və borucuqlar
- kənd təsərrüfatı üçün çiləyici və tozlandırıcı mexaniki qurğular
- üzən və ya su altında işləyən qazma və ya istismar platformaları
- yer və tunelqazan maşınların hissələri
Azərbaycan Respublikasından Birləşmiş Ərəb Əmirliklərinə ixracda:
- metal məhsul və məmulatları
- parçalar
- qida məhsulları
- daxiliyanma mühərrikləri üçün hissələr və nasoslar
- yer və tunelqazan maşınların hissələri
- maşınqayırma məmulatları
- turbovintli mühərriklər
Yüksək səviyyəli qarşılıqlı səfərlər
2003-cü ilin 08-10 iyul tarixlərində BƏƏ kommunikasiya naziri Əhməd Humeyd Əl Tayerin başçılıq etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdə olmuşdur.
2006-cı ilin 2-3 aprel tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəz Qarayev BƏƏ-də rəsmi səfərdə olmuşdur.
2006-cı ilin 5-7 may tarixlərində Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov BƏƏ-yə rəsmi səfər etmişdir.
2007-ci ilin 2-3 may tarixlərində Azərbaycan Respublikası nəqliyyat naziri Ziya Məmmədov BƏƏ-də rəsmi səfərdə olmuşdur.
2008-ci ilin 26 may tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın birinci iclasında iştirak etmək məqsədilə BƏƏ xarici ticarət naziri Şeyxa Lubna Əl Qasımi Azərbaycan Respublikasında səfərdə olmuşdur.
2009-cu ilin 20-21 aprel tarixlərində BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid Əl Mənsurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur.
2009-cu ilin 26 may tarixində BƏƏ energetika naziri Məhəmməd Daen Əl Hamilinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
2009-cu ilin 21-22 dekabr tarixlərində Əbu Dabi şəhərində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ikinci iclasında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev BƏƏ-yə səfər etmişdir.
2010-cu ilin 01-03 iyun tarixlərində Bakıda keçirilmiş 17-ci Xəzər Beynəlxalq Neft Qaz Konfransında iştirak etmək məqsədilə BƏƏ energetika naziri Məhəmməd bin Dhaen Əl Hamili Azərbaycan Respublikasına səfər etmişdir.
2011-ci ilin 17 yanvar tarixində Əbu Dabi şəhərində Bərpa olunan enerji mənbələri üzrə Beynəlxalq Agentliyin (İRENA) üçüncü toplantısında iştirak etmək məqsədilə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev BƏƏ-yə səfər etmişdir
2012-cı ilin 14-18 oktyabr tarixlərində Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Dubayda keçirilmiş ITU Telecom World-2012 beynəlxalq sərgi və konfransında iştirak etmək məqsədilə BƏƏ-yə səfər etmişdir.
2012-ci ilin 21-24 oktyabr tarixlərində Dünya Enerji Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev BƏƏ-yə səfər etmişdir.
2012-ci 13-16 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat Nazirinin müavini Mohamed Bin Abdul Aziz Al Şehhi, Dubay Ticarət və Sənaye Palatasının Sədri Abdul Rahman Saif Al Qurari və Baş Direktoru Hamad Buaminin rəhbərliyi altında BƏƏ-nin aparıcı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər etmişlər.
2013-cü ilin 13-17 yanvar tarixlərində Ümumdünya Gələcək Enerji Sammitində iştirak etmək məqsədilə Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyev BƏƏ-yə səfər etmişdir.
19-22 yanvar 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-də səfərdə olmuşdur. Səfər zamanı heyət, “Əbu Dabi davamlılıq həftəsi”nin rəsmi açılış mərasimində iştirak etmiş, Əbu Dabi İnkişaf Fondu və Bərpa olunan enerji mənbələri üzrə Beynəlxalq Agentliyin (IRENA) rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirmişdir.
2014-cü ilin 17-18 noyabr tarixlərində Bakı şəhərində kiçirilmiş Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın beşinci iclasında iştirak etmək məqsədilə BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid Əl Mənsurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur.
AR Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin (ABEMDA) sədri Akim Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti 16-23 yanvar 2015-ci il tarixləri arasında Birləşmiş Ərəb Əmirliklərində səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Bərpa olunan Enerji üzrə Beynəlxalq Agentliyin (IRENA) Assambleyasının 5-ci iclasında və Əbu Dabi Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak etmişdir. Eyni zamanda heyətin BƏƏ Energetika Nazirliyi, Əbu Dabi İnkişaf Fondu (ƏDİF), Masdar İnstitutu və Dubay Elektrik və Su Qurumunun rəhbərliyi ilə ikitərəfli görüşləri təşkil edilmişdir.
2017-ci ilin aprelin 19-20-də Dubayda Azərbaycan Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilmişdir. İclas çərçivəsində komissiyanın həmsədrləri - Azərbaycan İqtisadiyyat naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri arasında görüş keçirilmişdir. Görüşdə qeyd olunub ki, qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynayır, kənd təsərrüfatı, İKT, enerji, ticarət, investisiya qoyuluşu, təhsil və s. sahələrdə əlaqələr uğurla davam edir. Ş.Mustafayev mövcud imkanlardan səmərəli istifadə etməklə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırıb, müxtəlif sahələr üzrə əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin 2012-ci ildə Bakıda açıldığını vurğulayan Ş.Mustafayev BƏƏ-yə ticarət nümayəndəsinin təyin olunması və ticarət evinin açılmasının mümkünlüyünü bildirib. Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Sultan bin Səid Əl-Mansuri ölkəsində Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini, əlaqələrin uğurla inkişaf etdiyini, Azərbaycanın geniş tərkibli nümayəndə heyəti ilə Dubaya səfərinın Azərbaycanın da əlaqələrin genişləndirilməsinə marağının göstəricisi olduğunu vurğulayıb. BƏƏ tərəfi Azərbaycan məhsullarının bu ölkəyə ixracını dəstəklədiyini vurğulayıb, BƏƏ-yə təyin ediləcək ticarət nümayəndəsinə və bu ölkədə Azərbaycan ticarət evinin açılmasına dəstək göstəriləcəyini bildirib.
İclasda həmçinin, ölkələrimiz arasında əlaqələrin inkişafında Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti vurğulanıb, ölkələrimiz arasında zəruri müqavilə-hüquqi bazanın yaradıldığı qeyd olunub. BƏƏ tərəfindən Azərbaycana 778,1 mln. dollar, Azərbaycandan BƏƏ-yə isə 284,4 mln. dollar investisiya qoyulub. Azərbaycanda 255 BƏƏ şirkəti qeydiyyata alınıb. Hazırda Bakı-Dubay və Bakı-Şarjah aviareysləri fəaliyyət göstərir, Abu Dabi-Bakı reysinin də açılması nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, viza rejiminin sadələşdirilməsi və “ASAN Viza”nın tətbiqi nəticəsində son 2 ildə BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb. Azərbaycan-BƏƏ Biznes Şurasının fəaliyyətinin aktivləşdirilməsi, ticarət məlumatlarının mübadiləsi də əlaqələrin genişləndirilməsində əhəmiyyətli ola bilər.