Dövlət rüsumunun ödənilməsindən azadolmalar
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması üçün Dövlət rüsumunun ödənilməsindən azadolmalar.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı hallarda ödənilmir:
1) doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
2) ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
3) övladlığa götürülmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
4) atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməs