Azərbaycan Respublikasının vətəndaşlığına bərpa
Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında, onun Azərbaycan Respublikası vətəndaşlığı bərpa edilə bilər. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edilir.
Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:
• 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
• Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;
• yaşayış yerindən ailə tərkibi haqqında arayış;
• QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs Azərbaycan Respublikasını tərk etməyibsə bu sənəd tələb olunmur)
Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış vəsatətləri Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər DMX-ya, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluq idarələrinə təqdim edirlər.
vəsatəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyası tərəfindən rədd edilir.
Azərbaycan Respublikasında yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə əcnəbidirsə və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, uşaq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş valideynin vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilər.
Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası və ya vətəndaşlığa xitam verilməsi
barədə qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir. Qəbul edilmiş qərar barədə vəsatət qaldıran şəxsə yazılı məlumat verilir.
Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə (PDF variantında əlavə olunur) müraciət edilir.