Tərcümeyi-hal
Fövqəladə və Səlahiyyətli Səfir
Mahir Məmməd oğlu Əliyev
Doğum tarixi və yeri: 26 iyun 1951. Azərbaycan Respublikası, Ağdaş şəhəri
Orta təhsil: 1957-1967, Ağdaş şəhəri, 1N-li orta məktəb
Ali təhsil: 1968-1975, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, ərəb dili şöbəsi
Əmək fəaliyyəti:
1967-1968- AMEA Respublika Əlyazmaları Fondu, baş laborant.
1972-1973- Misir Ərəb Respublikası, tərcüməçi.
1975-1978-YXDR (cənubi Yəmən), hərbi tərcüməçi.
1981-1984-Liviya Cəmahiriyyəsi, Sovet İnşaat Şirkətləri Birliyinin Baş direktorunun köməkçisi.
1978-2007-Bakı Dövlət Universiteti ərəb filologiyasi kafedrasının baş müəllimi.
1992-2007-Az. Respublikası Təhsil Nazirliyi Xarici əlaqələr idarəsinin rəisi.
2007-2008- Az. Respublikası XİN Yaxın Şərq məsələləri üzrə müşavir.
2008-2012-Azərbaycanın Suriyada Fövqəladə və səlahiyyətli səfiri
2012-2014 - Azərbaycanın Livanda Fövqəladə və səlahiyyətli səfiri.
2015-2019 Azərbaycanın Əlcəzairdə Fövqəladə və səlahiyyətli səfiri
2017-2019 Azərbaycanın Tunis Respublikasında Fövqəladə və səlahiyyətli səfiri
2019- Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və səlahiyyətli səfiri
Hərbi xidmət: ehtiyatda olan zabit, baş leytenant
İctimai fəaliyyət:
1994-2006- İSESCO (Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı)-nun İcraiyyə Şurasının (mərkəzi qərargahı Mərakeşin Rabat şəhəri) üzvü və Şuranın sədr müavini
1998-1999- Azərbaycan Respublikasında Təhsil sahəsində islahatlar üzrə Dövlət Proqramını hazırlayan Dünya bankı və Azərbaycan Müştərək Komissiyası İşçi Qrupunun Azərbaycan tərəfinin rəhbəri
1999-2003: Avropa Şurası tərəfindən Avropa orta məktəblərində tədris üçün hazırlanan “Qafqaz tarixi” dərsliyinin Azərbaycan tərəfindən koordinatoru
1996-2006: Avropa Şurası ilə birlikdə Azərbaycan təhsil sistemində (humanitar fənnlər üzrə) həyata keçirilən islahat proqramının Azərbaycan tərəfindən koordinatoru
Əlavə təhsil:
Böyük Britaniya (1996), Almaniya (1998) və Fransada (2002) beynəlxalq əməkdaşlıq sahəsində rəhbər kadrların təkmilləşdirmə kursları
Təltiflər:
Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeni, “Tərəqqi” medalı, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”fəxri adı, “AR XİN fəxri əməkdaşı”, İSESCO-nun “Qızıl medalı”
Azərbaycan tarixi və ərəb filologiyası üzrə 10 elmi məqalənin müəllifi
Xarici dillər:
rus və ərəb dilləri-sərbəst, ingilis və türk dilləri-normal, fars dili-orta
Ailə vəziyyəti: evli, iki qız atası