Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşıları üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmüş cəza barədə
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə əsasən ”Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və ya Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumatın verilməməsi- üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır”.