Ümumvətəndaş pasportu və verilməsi qaydaları

«Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən pasport Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Ümumvətəndaş pasportu Azərbaycan Respublikasının mülkiyyətidir. Onun qəsdən korlanması, habelə etinasızlıq üzündən itirilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət yaradır.    
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 687 nömrəli Fərmanı ilə Ümumvətəndaş pasportunun TƏSVİRİ və SPESİFİKASİYASI təsdiq edilmişdir.  

1. Ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri Beynəlxalq Mülki Aviasiya Təşkilatının 9303 nömrəli sənədində nəzərdə tutulmuş, maşınla oxunan səyahət sənədlərinə tətbiq olunan beynəlxalq tələb və standartlara uyğundur.

2. Pasport 88 mm x 125 mm ölçülüdür. 4 səhifəlik üz qabığından və 50 daxili səhifədən ibarətdir.

3. Pasportun üz qabığının birinci səhifəsində qızılı rənglə yuxarıda alt-alta “AZƏRBAYCAN RESPUBLİKASI / REPUBLIC OF AZERBAIJAN” sözləri, aşağıda alt-alta, “PASPORT/ PASSPORT” sözləri yazılır, ortada Azərbaycan Respublikasının Dövlət gerbinin qrafik təsviri verilir. Həmin səhifənin aşağı orta hissəsində pasportda elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə qoyulur.

4. Pasportun üz qabığının ikinci səhifəsində Azərbaycan Respublikası Dövlət gerbinin, üçüncü səhifəsində Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası xəritəsinin rəngli təsvirləri əks olunur.

5. Pasportun tipindən asılı olaraq onun üz qabığının üçüncü səhifəsində aşağıdakı mətn yazılır:

    5.1. Ümumvətəndaş pasportunda:  “Bu pasport Azərbaycan Respublikasının mülkiyyətidir. This passport is the property of the Republic of Azerbaijan.  Pasport 50 səhifədən ibarətdir. The passport contains 50 pages. 

6. Pasportun küncləri 3,18 mm radius boyunca dəyirmiləşdirilmişdir.

7. Pasportun üz qabığı və daxili səhifələri üçün istifadə olunan kağız ultrabənövşəyi şüanı əks etdirmir.

8. Pasportun üz qabığı yüksək keyfiyyətli akril materialındandır.

9. Pasportun üz qabığının ikinci və üçüncü səhifələri üçün istifadə olunan kağız 50 faiz pambıqdan və 50 faiz sellülozdan ibarətdir. Onun hər kvadrat metri 120 qramdır. Pasportun üz qabığı yüksək temperatura, köhnəlməyə, cırılmaya, kimyəvi maddələrin təsirinə, rütubətə davamlıdır və ekoloji cəhətdən təhlükəsizdir. Pasportun üz qabığının ikinci və üçüncü səhifələrində ultrabənövşəyi spektrdə görünən liflərdən, gilyoşdan, mikromətndən, göy qurşağı üsulu ilə çapdan, relyefli çapdan, dərin çapdan, infraqırmızı və ultrabənövşəyi çapdan istifadə olunur.

10. Pasportun daxili birinci və ikinci səhifələri (məlumat səhifələri) yüksək keyfiyyətli 100 faizli polikarbonat materialından hazırlanır. Polikarbonat materialı şəffafdır, yüksək temperatura, işığa, deformasiyaya, kimyəvi maddələrin təsirinə və rütubətə davamlıdır, istifadə zamanı zəhərləyici maddələr ifraz etmir, pasport sahibinin üzünün təsvirini keyfiyyətli əks etdirir və saxtalaşdırmanın qarşısını almaq xüsusiyyətinə malikdir.

11. Pasportun daxili ikinci səhifəsində pasport sahibinin üzünün təsvirinin qorunmasını təmin edən elementlərdən, optik dəyişən rəngli boyadan, kineqramdan, gilyoşdan, mikromətndən, relyefli çapdan, göy qurşağı üsulu ilə çapdan, lazer həkketmə texnologiyasından, optik dəyişən elementlərdən və ultrabənövşəyi çapdan istifadə olunur.

12. Pasportun daxili kağız səhifələrində sıra nömrəsi müxtəlif üsullarla əks etdirilir.

13. Pasportun nömrəsi daxili 3-cü səhifədən başlayaraq, bütün daxili səhifələrin və üz qabığının üçüncü və dördüncü səhifələrinin yuxarı orta hissəsində konusvari deşilmə üsulu ilə əks etdirilir.

14. Pasportun məlumat səhifəsində yaddaşı ən azı 80 kilobayt olan elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıda (çipdə) “Рasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üzünün təsviri və hər əlindən bir barmaq izi yerləşdirilir.

15. Elektron daşıyıcıda məlumatların saxlanılma müddəti ən azı 10 ildir. Elektron daşıyıcıda saxlanılan məlumatların təhlükəsizliyinin təmin olunması üçün elektron imza texnologiyasından və kriptoqrafik alqoritmdən istifadə edilir.

 

18 yaşı tamam olmuş vətəndaşlara ümumvətəndaş (xarici) pasportunun verilməsi üçün vətəndaşdan aşağıdakı sənədlər tələb olunur:


18-35 yaşlı kişilər üçün hərbi bilet və ya hərbi komissarlıq tərəfindən möhlət hüququ verilməsi qeydi ilə bağlı çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə (pripisnoy və ya ağ bilet);

Şəxsiyyət vəsiqəsi;

Pasport Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə müvafiq təsdiqedici sənədlər;
 
- Təcili olaraq müalicə olunma zərurətini təsdiq edən səhiyyə orqanının məktubu;

- Təcili olaraq müalicəyə qəbul edilməsinin zəruriliyi barədə xarici ölkənin tibb müəssisəsinin məktubu (eyni zamanda xəstənin yaşayış yeri üzrə tibb müəssisəsinin tibbi rəyi də təqdim olunmalıdır);

- Qohumunun ağır xəstəliyi və ya ölümü faktını təsdiq edən xarici ölkənin tibb müəssisəsinin arayışı.

Ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra ödənilən dövlət rüsumunun məbləğinə uyğun olaraq 1, 5 və ya ən geci 10 iş günü müddətinə verilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən 18 yaşı tamam olmuş şəxslərə ümumvətəndaş pasportu verilməsi üçün dövlət rüsumu aşağıdakı kimi müəyyən edilmişdir:

  • 10 iş gününə - 40 manat;
  • 5 iş gününə - 80 manat;
  • 1 iş gününə - 160 manat.

Qeyd: Ümumvətəndaş pasportunda, o cümlədən onun elektron daşıyıcısında göstərilən məlumatlarda xəta müəyyən olunduqda, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
 
Ümumvətəndaş pasportu ödənilən rüsumun məbləğinə uyğun olan müddətdə hazırlanılır və hazır olduqda vətəndaşa bu barədə bildiriş mesajı göndərilir. Vətəndaşlar ümumvətəndaş pasportunu təhvil almaq üçün həftənin istənilən günü şəxsiyyət vəsiqəsilə idarəyə yaxınlaşa bilərlər.

  • 10 iş gününə - 40 manat;
  • 5 iş gününə - 80 manat;
  • 1 iş gününə - 160 manat.  (AZƏRBAYCAN RESPUBLİKASINDA)

Azərbaycan Respublikasından kənarda, xarici ölkələrdə yaşayan AR vətəndaşları "Dövlət rüsumu haqqında"  26 dekabr 2001-ci il tarixli, 621 saylı Azərbqaycan Respublikasının Qanunun  

Maddə 16. Azərbaycan Respublikasında və ya Azarbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri:

 

16.1.2. ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə;

55 AB

Arxiv üzrə axtarış