Vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilələri rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidentinin təklifi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası ərazisinə şəxsi pasporta əsaslanan vizasız (sadələşdirilmiş) gediş-gəliş qaydası müəyyənləşdirilə bilər.

Buna əsasən, hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, aşağıdakı siyahıda göstərilən ölkələrlə Azərbaycan Respublikası arasında qarşılılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

I QRUP. 

- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin diplomatik və ya xidməti (və ya rəsmi/xüsusi) pasportuna malik vətəndaşları.

Albaniya    Diplomatik və xidməti  90 gün
Almaniya  Diplomatik   90 gün
Argentina    Diplomatik, rəsmi və xidməti  30 gün
Avstriya    Diplomatik və xidməti   90 gün
Belçika   Diplomatik    90 gün
BƏƏ    Diplomatik,xidməti və xüsusi   90 gün
Bolqarıstan     Diplomatik və xidməti  90 gün
Bosniya və Herseqovina Diplomatik, rəsmi və xidməti  30 gün
Braziliya    Diplomatik, rəsmi və xidməti   90 gün
Çin XR      Diplomatik və xidməti  30 gün
Honq-Konq    Diplomatik və xidməti  14 gün
Çexiya   Diplomatik  90 gün
Xorvatiya Diplomatik və xidməti  30 gün
Estoniya  Diplomatik 90 gün
Finlandiya  Diplomatik 90 gün
Fransa  
Fələstin Dövləti  
Diplomatik
Diplomatik
90 gün
30 gün
İndoneziya Diplomatik və xidməti  30 gün
İordaniya  Diplomatik və xidməti  90 gün
İran    
İraq 
Diplomatik və  xidməti
Diplomatik, xidməti və rəsmi  
1 ay
30 gün
Ispaniya   Diplomatik  90 gün
İsveç 
İsveçrə
Diplomatik 
Diplomatik və biometrik xidməti  
90 gün
90 gün
İtaliya  Diplomatik və xidməti                                                                            90 gün
İsrail    Diplomatik və xidməti                                                                             90 gün
Kolumbiya  Diplomatik, rəsmi və xidməti   90 gün
Koreya Diplomatik, rəsmi və xidməti  30 gün
Kipr   Diplomatik   90 gün
Kuba Diplomatik, rəsmi və xidməti  90 gün
Küveyt   Diplomatik, xidməti və xüsusi  90 gün
Latviya   Diplomatik,  xidməti    90 gün
Litva Diplomatik, xidmeti    90 gün
Liviya Diplomatik, xidməti və xüsus müvəqqəti olaraq dayandırılmışdır
Laos Xalq Demokratik Respublikası diplomatik pasport 1 (bir) ay
Lixteynşteyn  Diplomatik 90 gün
Lyuksemburq   Diplomatik  90 gün
Macarıstan  Diplomatik və xidməti  90 gün
Malta Diplomatik    30 gün
Monqolustan  diplomatik, xidməti və rəsmi 90 gün (180 gün ərzində)
Meksika Diplomatik  90 gün
Mərakeş  Diplomatik, xüsusi, rəsmi və xidməti    90 gün
Monteneqro  Diplomatik və xidməti   90 gün
Niderland   Diplomatik    90 gün
Norveç Diplomatik   90 gün
Pakistan  Diplomatik və xidməti                                                                        1 ay
Polşa  Diplomatik  90 gün
Peru   Diplomatik, xidməti və xüsusi 90 gün
Qətər  diplomatik, xidməti və xüsusi 30 gün
Portuqaliya  Diplomatik,xidməti və xüsusi  90 gün
Rumıniya    Diplomatik, xidməti   90 gün
Serbiya 
Suriya
Diplomatik, xidməti və rəsmi 
Diplomatik, xidməti və xüsusi 
90 gün
30 gün 
Slovakiya  Diplomatik və xidməti    90 gün
Sloveniya Diplomatik və xidməti     90 gün
Türkiyə    Diplomatik, xidməti və xüsusi  90 gün
Türkmənistan  Diplomatik və xidməti  30 gün
Yunanıstan  Diplomatik      90 gün
Vyetnam Diplomatik, xidməti və rəsmi   1ay
Venesuela Bolivar Respublikası    diplomatik, xidməti və rəsmi 

30   gün

 Uruqvay  xidməti və rəsmi  90 gün
San Marino  Diplomatik və xidməti    90 gün(6 ay müddətində)
Hindistan  diplomatik, rəsmi və xidməti  90 gün (180 gün ərzində)

II QRUP.    

- Azərbaycan Respublikasının və müvafiq xarici ölkənin qanunvericiliyinə əsasən, beynəlxalq sərhədkeçmə hüququ verən və növündən asılı olmayaraq hər hansı növ etibarlı pasporta - o cümlədən, diplomatik, xidməti (və ya rəsmi/xüsusi) və ya ümumvətəndaş pasportuna malik vətəndaşlar;
- həmçinin belə şəxslərlə birgə səfər edən, lakin şəxsi etibarlı pasporta malik olmayan, foto-şəkli və adı, soyadı, atasının adı rəsmi təsdiq olunmuş qaydada onların pasportuna qeyd edilmiş vətəndaşlar;
- Azərbaycan Respublikasının və ya müvafiq xarici ölkənin dövlət qurumları tərəfindən xüsusi olaraq vətəndaşlığı olmayan şəxslərə verilən, şəxsiyyəti təsdiq etməklə beynəlxalq sərhədkeçmə hüququ verən müvafiq sənədə malik vətəndaşlığı olmayan şəxslər;
- pasport itirildikdə, oğurlandıqda, yararsız hala düşdükdə və ya etibarlılıq müddəti bitdikdə şəxslərə vətəndaşı olduğu və ya daimi yaşadığı ölkəsinə qısa müddət ərzində yalnız geri qayıtmaq üçün verilən müvəqqəti sərhədkeçmə sənədinə - Vətənə qayıdış şəhadətnaməsinə malik vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün vizasız gediş-gəlişi rejimi olan ölkələr.

1. Belarus 90 gün

2. Gürcüstan 90 gün

3. Qazaxıstan 90 gün

4. Qırğızıstan 90 gün

 5. Moldova 90 gün

6. Özbəkistan 90 gün

7. Rusiya 90 gün

8.Tacikistan 90 gün

9.  Ukrayna 90 gün

Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn və ölkədə müvəqqəti olma müddəti 90 (doxsan) günədək uzadılmış belə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu müddət bitənədək Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. 30 (otuz) gün Azərbaycan Respublikası hüdudlarından kənarda yaşadıqdan sonra (yaxın qohumunun ağır xəstələndiyini və ya vəfat etdiyini təsdiq edən hallar istisna olmaqla) yenidən viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələ bilərlər. 

 

III QRUP

Bundan əlavə, hazırda aşağıda adı qeyd edilən ölkələr tərəfindən birtərəfli qaydada Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün müvafiq müddət çərçivəsində vizasız gediş-gəlişi rejimi tətbiq edilir:

Ölkənin adı

Ərazisində vizasız yaşamaq üçün icazə verilən müddət

 

1.İran  15 gün

2.Türkiyə      1 ay                             

3.Serbiya      90 gün                                         

4.Şimali Makedoniya 90 gün

(2019-cu ilin 16 mart tarixindən 2019-cu ilin 15 sentyabr tarixinədək)

5.Monteneqro  90 gün

6.Bosniya və Herseqovina  90 gün

7.Albaniya     90 gün

Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-u il tarixindən etibarən viza tələbi ləğv edilir.Azərbaycan Respublikası ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.

01.12.2019-cu il tarixindən etibarən İran İslam Respublikası vətəndaşlarına münasibətdə sərhəd-keçid məntəqələrindən rəsmiləşdirilən giriş icazəsi və viza ləğv edilir. Beləliklə, İran vətəndaşları Naxçıvan Muxtar Respublikasının ərazisinə vizasız və giriş icazəsiz daxil ola və 15 günədək orada qala bilərlər.

Bununla əlaqədar bildirmək istərdik ki, İran İslam Respublikası vətəndaşları Naxçıvan ərazisindən hava yolu ilə Bakı şəhərinə səfər edəcəkləri təqdirdə onlara Naxçıvan beynəlxalq hava limanında 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınmaqla 30 gün qalma müddəti birdəfəlik giriş vizası rsmiləşdiriləcəkdir.

Arxiv üzrə axtarış