Dövlət rüsumu

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən aparılan notariat hərəkətlərinə görə qanunvericiliklər müəyyən edilmiş miqdarda dövlət rüsumu tutulur.

Notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu dövlət büdcəsinə köçürülür.
Konsul iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxs (notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs) tərəfindən ödənilməlidir. 
Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanununa əsasən, notariat hərəkətlərinin aparılmasına görə tutulan dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.4.-cü maddəsinə əsasən, əlavə olaraq, vərəsələr və miras qoyanlar daşınmaz vərəsəlik əmlakının mühafizəsi üçün, otaq icarəsi, mühafizəsi, nəqliyyat, ezamiyyət, poçt, dəftərxana və sair faktiki xərcləri ödəyirlər.
Sənədlərin saxlanılması və qəbulu zamanı ehtimal olunan saxlama müddətinə görə dövlət rüsumu əvvəlcədən ödənilir və tamamlanmamış ay tamamlanmış ay kimi nəzərə alınır.

Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanunundan çıxarış

Maddə 16. Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xaricdəki konsulluqlarında aparılan notariat əməliyyatları üçün dövlət rüsumunun dərəcələri. 

Əlavə

Arxiv üzrə axtarış