Ümumvətəndaş pasportu itib və ya korlanıbsa?

Ümumvətəndaş pasportu itdikdə vətəndaş pasportu verən dövlət orqanlarına dərhal məlumat verməlidir.

Belə hadisə xaricdə baş verərsə, vətəndaş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna müraciət etməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə vətəndaşı qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər.

Vətəndaş vəfat etdikdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasportlar müvafiq dövlət orqanına təhvil verilməlidir.

 

Arxiv üzrə axtarış