2023-02-23

Əbu-Dabi-də “İDEX-2023” Beynəlxalq Müdafiə Sərgi və Konfransı keçirilir

Azərbaycan sərgidə müdafiə sənayesi naziri cənab Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

"IDEX 2023" çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev İsrail Dövlətinin “Aeronautics” şirkətinin rəhbəri Moshe Elazar ilə görüşüb. Nazir Mədət Quliyev daha sonra Mərakeş Krallığının müdafiə naziri Abdeltif Loudyi ilə görüşüb.

Sərgi çərçivəsində Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Sudan Respublikasının “MASAD” Hərbi Sənaye Sistemlərinin baş direktoru ilə görüşüb.

Daha sonra, nazir Mədət Quliyev Qazaxıstan Respublikasının sənaye və infrastrukturun inkişafı nazirinin müavini Azamat Beysbekov və  BƏƏ-nin "Calidus" LLC şirkətinin rəhbəri Farij Mohammad ilə görüşüb.

Arxiv üzrə axtarış