2022-04-14

Səfir Mahir Əliyev Birləşmiş Ərəb Əmirliklərinin “Mubadala Neft Şirkəti”nin baş icraçı direktoru Mənsur Al Hamid ilə görüşmüşdür

12 aprel 2022-ci il tarixində səfir Mahir Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Mubadala Neft Şirkəti”nin baş icraçı direktoru Mənsur Al Hamid ilə görüşü keçirilmişdir. 

Görüş zamanı Azərbaycan - BƏƏ əlaqələri, həmçinin “Mubadala Neft Şirkəti” ilə ölkəmizin aidiyyəti qurumları arasında əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Görüşdə, həmçinin müqabil tərəfə ərazilərimizin işğaldan azad edilməsi, həmin ərazilərdə törədilmiş dağıntılar, maddi-mədəniyyət və İslam dininə aid tarixi-dini abidələrin məhv edilməsi barədə geniş məlumat verilmişdir.

Səfir habelə azad olunmuş ərazilərin geniş iqtisadi potensiala malik olduğunu, hazırda bu ərazilərdə ölkə başçısı, Prezident İlham Əliyevin şəxsi nəzarəti altında böyük tikinti-quruculuq işlərinin aparıldığını və Azərbaycanın dost ölkələrə aid şirkətlərin həmin ərazilərdə fəaliyyət göstərməsinə hər cür dəstək verməyə hazır olduğunu diqqətə çatdırmışdır.

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanlarının araşdırılması barədə razılıq əldə olunmuşdur.

 

Arxiv üzrə axtarış