2021-12-21

Səfir Mahir Əliyev BƏƏ Jurnalistlər Assosiasiyasının nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Mahir Əliyev bu ölkənin Jurnalistlər Assosiasiyasının (JA) nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə JA-nın İdarə Şurasının sədr müavini Hüseyn Əl-Mənnai, təşkilatın xəzinədarı Həsən Omran və Əbu-Dabi üzrə rəhbəri Ömər Əl-Səidi iştirak ediblər.

Görüş zamanı Azərbaycan və BƏƏ arasında media sahəsində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılıb. Media nümayəndələri arasında əlaqələrin qurulması, jurnalistika və ikitərəfli əlaqələrlə bağlı birgə seminarların keçirilməsi, xüsusilə turizm jurnalistikası sahəsində təcrübə mübadiləsinin təşkili və.s. mövzularda müzakirələr aparılıb.

Arxiv üzrə axtarış