2021-11-11

Zəfər Günü münasibəti ilə Əbu-Dabinin görkəmli binası üzərində Azərbaycan bayrağı əks olunub

Tarixi Qələbənin birinci ildönümü münasibətilə 8 Noyabr - Zəfər Günündə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində məşhur “Abu Dhabi Global Market" (ADGM) binasının üzərində xüsusi işıqlandırma ilə dövlətimizin qüdrətinin atributu və qələbə rəmzimiz olan Azərbaycan bayrağı proyeksiya olunub.

ADGM binasının üzərində ölkəmizin bayrağının əks olunması Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin təşəbbüsü ilə reallaşıb.

 

Arxiv üzrə axtarış