2021-05-21

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Əhmed Al Sayegh arasında videokonfrans formatında görüş keçirilib.

Görüşdə nazirlər ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, o cümlədən ölkələrimizin bir-birinin namizədlərinə və təşəbbüslərinə qarşılıqlı dəstək verilməsi məsələsini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfə regiondakı son vəziyyət, habelə üçtərəfli Bəyanatların icrası ilə bağlı geniş məlumat verib.

Nazirlər, eyni zamanda, ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Xüsusilə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında alternativ enerji sahəsində mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış