2021-01-05

Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək “Airthings Masters” turnirinin qalibi olub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin finalında erməni rəqibi Levon Aronyanı 4,5:2,5 hesabla məğlub edərək qalib olub.

Şahmatçımız final mərhələsinin cavab matçında rəqibi L.Aronyanla birinci partiyada heç-heçə edib, ikinci partiyada qələbə qazanıb. Üçüncü partiyada daha bir heç-heçəyə imza atan şahmatçımız turnirdə birinci yeri tutub.

Arxiv üzrə axtarış