2020-10-24

No.377/20, AR XİN Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramov və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə görüşünə dair məlumatı

Cari ilin 23 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə görüşü keçirilib.

Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan son vəziyyət, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, azərbaycanlı mülki əhalini və yaşayış məntəqələrini hədəf alınması, dinc əhali arasında çoxsaylı itkilərin olması, Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə ətraflı məlumat verdi.

Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulandı.

Tərəflər, həmçinin ölkələr arasındakı əməkdaşlıq günəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi apardılar.

Arxiv üzrə axtarış