İşğal olunmuş İslam mədəni irsi!
Artıq son üç dekada ərzində və İslam və ərəb dünyasının tamamilə sükutu fonunda Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında islam dini, maddi və mədəniyyət abidələrini dağıdıb soyub-talan etmək siyasəti yürüdür. Bu cinayətkar, vəhşi və vandalist hərəkətlər təkcə Azərbaycana qarşı yönələn siyasətinin tərkib hissəsi deyil, həm də bütün bəşər sivilizasiyasına qarşı törədilən bir cinayətdir. Bu acı həqiqətlər dolayısı ilə erməni rəsmiləri tərəfindən dəfələrlə söylənsə də, lakin işğalçı dövlətin hakim dairələri bunları məharətlə ört-basdır edir və beynəlxalq məsuliyyətdən həyasızcasına yayınır.
Azərbaycanın tarixi abidələri ilə bağlı erməni vandalizmi bütün işğal olunmuş ərazilərdə özünü göstərməkdədir. Bu torpaqlarda yüzlərlə tarixi və dini abidə onlar tərəfindən talan edilərək uçurulub. Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsi olduğu üçün Azərbaycan Respublikası ərazisində tarixi və mədəniyyət abidələrinin qorunması beynəlxalq məsuliyyətdir. Bu torpaqlardakı erməni təcavüzkarların cinayətkarlıqları, dini, tarixi və mədəni irsimizin qəsdən məhv edilməsi, Haaqa Konvensiyasının (1954) silahlı münaqişələr zamanı mədəni irsin qorunması, Arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyası (1992) və mədəni və təbii irsin qorunması üzrə YUNESKO Konvensiyası (1972) prinsiplərinə ziddir.
Azərbaycan xalqının dini və mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılması və sökülməsi məsələsi istər Ermənistan Respublikası daxilində, istər tarixi Azərbaycan torpaqları hesabına qurulmuş və genişlənən, istərsə də dağlıq Qarabağ hüdudlarından kənarda olan işğal altındakı Azərbaycan torpaqlarında dağıdılıb talan edilməsi məsələsi ətraflı şəkildə araşdırılıb. Belə ki, həmin yerlərdə 738 tarixi abidə, 83.500 əsəri ehtiva edən 28 Muzey, 4 rəsm qalereyası və 1.107 mədəniyyət müəssisəsi dağıdılıb. Ayrıca, XVII əsrə aid olan Cəbrayıl bölgəsindəki Cümə məscidi, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri və Şuşa şəhərindəki Saatlı məscid (bu məscidlər XVIII əsrə aiddir) vandalizm, dağıdılma və uçurulma aktlarına məruz qalmış, Ağdam məscidi isə təhqir olunaraq donuzlar və inəklər üçün tövləyə çevrilib. Paytaxt Yerevanda Dəmir Bulaq məscidi də var idi və hazırda yerlə yeksan edilib, Göy məscid isə orijinal görünüşünü dəyişdirilmək məqsədilə yenidən təmir olunub. Dağıdılmış memarlıq abidələri arasında İrəvan şəhərində Hacı Novruz Əli məscidi (XIX əsrin ikinci yarısında tikilmişdir) və İrəvan xanları saray kompleksi də var. İrəvanın mərkəzindəki Sərdar məscidi də sistematik olaraq dağıdılıb və nəticədə 2014-cü ildə yerə yeksan edilib. Azərbaycanlı mütəxəssislər işğal altındakı Azərbaycan torpaqlarında tarix və mədəniyyət memarlıq abidələrinin, o cümlədən Ermənitsandakı tarixi Azərbaycan abidələrin sayını müəyyənləşdiriblər. Bakıdakı Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı işğal olunmuş Azərbaycan torpaqlarında olan 4500 dini və mədəniyyət nümunələrinin 2550-nin fotoşəkillərini, coğrafi yeri və digər vacib məlumatlarını dərc edib.
Bu gün ermənilər tarixi torpaqlarımızdakı abidələri dağıtmaq, görünüşlərini dəyişdirmək və ya onlara erməni çaları verməklə bu torpaqları özlərinin "tarixi yurdları" kimi təqdim etməyə çalışırlar. Qeyd edək ki, məşhur Kəlbəcər Tarix və Etnoqrafiya Muzeyindən 13 minə yaxın qiymətli əşya, Laçın Tarix və Etnoqrafiya Muzeyindən isə 5000-dən çox qiymətli əşya və nadir eksponat talan edilərək Ermənistana daşınıb. Şuşanın işğalı nəticəsində oradakı milli dini və mədəni irsə ciddi ziyan dəyib. Təkcə Şuşada 8 muzey, 31 kitabxana və 8 mədəniyyət evi dağıdılıb. Şuşa Tarix Muzeyindən 5000-ə yaxın, Milli Azərbaycan Xalça və Tətbiqi Sənətlər Muzeyinin Şuşa filialından 1000-ə yaxın əşya talan edilib.
Erməni təcavüzkarlarının talan etdiyi muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə əlaqəli qiymətli əşyalar, rəsm və heykəltəraşlıq, həndəsi naxışlarla bəzədilmiş Azərbaycan xalçaları, tanınmış Azərbaycan şəxsiyyətlərinin suvenirləri və digər dəyərli sənət əşyaları olmuşdur. Bununla yanaşı, Azərbaycanın görkəmli rəssam və heykəltəraşlarının əsərlərindən ibarət Şuşa, Laçin və Qubadlı rəsm qalereyalarının eksponatlarının bəziləri məhv edilmişdir.
İşğal olunmuş ərazilərdə ilk insan məskənləri olan məşhur və tarixi Azıx və Tağlar mağaraları, qədim Qaraköpək və Üzərlik təpələri hərbi məqsədlər üçün istifadə olunur və planlı və sistematik şəkildə məhv edilir. Erməni vandalları Köçərli, Mərdinli və Cümə məscidini, Aşağı və Yuxarı Gohar Ağa məscidlərini, Şuşa şəhərindəki tarixi memarlıq qoruğunun ərazisindəki şairə Xurşud Banu Naətvanın saray kompleksini söküb talan ediblər. Xanın inşa etdiyi saray, Ağdamdakı Cümə məscidi və Lacın bölgəsindəki Həmzə Sultan və Sultan Əhməd sarayları tamamilə dağıdılıb, işğal altında olan torpaqlarımızdakı maddi mədəniyyət abidələrimizin məhv edilməsi prosesi hələ də davam edir. İşğalçılar genişmiqyaslı və peşəkar olmayan arxeoloji qazıntı işləri apararaq təbii və maddi-mədəni abidələri məhv edib, talan edilmiş tapıntıları Ermənistana daşıyıblar.
İşğal olunmuş ərazilərdəki dini və mədəniyyət abidələrini sökmək və talan etmək üçün azərbaycanlı məhbus və girovlardan istifadə edilməsi erməni vandalizmi və vəhşiliyinin bir təzahürüdür. Əsir və girov götürülən azərbaycanlılar öz gözləri ilə talan, dağıntı və soyğunçuluq mənzərələrinin şahidi oldular. Bu faktlara əsaslanaraq deyə bilərik ki, əvəzolunmaz qədim mədəniyyət xəzinələri olan bu əsərlərin dəyərini müəyyənləşdirmək praktik olaraq mümkün deyil.
Erməni işğalçıları Ağdam rayonundakı Milli Tarix Muzeyinin eksponatlarını (2 mindən çox), Qubadlıdakı Milli Tarix Muzeyini (3 mindən çox), Zəngilan rayonundakı Milli Tarix Muzeyini (təxminən 6000 əşya) talan ediblər. Qəbələ, Füzuli və Xocalı rayonlarında Milli Tarix Muzeyləri də dağıdılaraq yerlə-yeksan edilib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi "Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərində İslam dini ilə əlaqəli dini və tarixi irsin məhv edilməsi" və "Azərbaycan Respublikasına qarşı davam edən erməni təcavüzkarlarının əməlləri üzündən mədəni və tarixi Azərbaycan irsinin məhv e və təhqir edilməsi" mövzusunda iki geniş hesabat hazırlanıb və başda Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan UNESCO, Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı İSESKO və bir çox digər təşkilatlara təqdim edilib.
Azərbaycan tərəfinin bu gərgin səyləri nəticəsində İslam Əməkdaşlıq Təşkilatı, erməni işğalı nəticəsində işğal olunmuş ərazilərdə məbədlərin və İslam dini ilə əlaqəli tarixi və mədəni irsin məhv və təhqir edilməsi ilə bağlı ardıcıl qərarlar qəbul edib. Nəticə etibarilə 2015-ci ildə (Küveyt), 2016-cı ildə (Özbəkistan) və 2017-ci ildə (Fil Dişi Sahili) keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirlərinin toplantılarında sözügedən həmin qərarlar ərsəyə gəlib. Daha sonra İslam Əməkfaşlıq təşkilatının xarici işlər nazirləri şurasının BƏƏ-nin paytaxtı Əbu-Dabidə (1-2 mart 2019) keçirilmiş 46-cı iclasında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal onunmuş torpaqlarında islam dininə aid tarixi və mədəni abidələrin dağıdılması və təhqir edilməsi” adlı qətnamə qəbul edilmişdir.
Qeyd etmək lazımdır ki, Ermənistanın bu əməlləri silahlı münaqişələr zamanı (1954-cü ildə) ümumdünya Mədəni və Təbii İrsin qorunması haqqında Haaqa Konvensiyasını və 1999-cu ildə bu konvensiyaya əlavə edilmiş ikinci protokolun kobud şəkildə pozulmasıdır. Bu Protokolun 9-cu maddəsində işğalçı tərəfin üzərinə işğal olunmuş ərazilərdə mədəni sərvət və antik əşyalarla ticarətin və onların qaçaqmalçılığının qarşısını almaq, mədəni, tarixi və elmi abidələrin və xüsusiyyətlərinin sistematik olaraq və ya qəsdən dəyişdirilməsini qadağan etmək öhdəliyi qoyulur. Silahlı münaqişələr zamanı mədəni sərvətlərə və mədəni irsə qarşı qanunsuz əməllər beynəlxalq cinayət qanunvericiliyinə əsasən hərbi cinayət hesab olunur. Ermənistan Respublikası beynəlxalq təsisatların üzvü olan bir dövlət olaraq, Azərbaycanın dini və mədəni irsinə qarşı işğal olunmuş ərazilərdə törədilmiş vandalizm aktlarına görə cavabdehdir. Azərbaycan Xarici İşlər Nazirliyi işğal olunmuş torpaqlarımızda və tarixən azərbaycanlıların tarixi əraziləri olan indiki Ermənistan Respublikasının torpaqlarında Azərbaycanın dini, mədəni və tarixi irsinə qarşı törətdiyi vəhşi və sistematik vandalizm, dağıntı və talan aktlarını dünya ictimaiyyətinə çatdırmaqda davam edəcəkdir.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında bu barədə demişdir: “Azərbaycanın işğal olunmuş ərazilərində bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılmış, muzeylər və maddi-mənəvi sərvətlərimiz talan edilmişdir. Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycan izini itirməyə çalışaraq bütün toponimləri erməniləşdirir. Ermənistan, həmçinin işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur”.
Halbuki, bütün nəcib bəşəri dəyərləri pozaraq, mehriban qonşuluq və dinc yanaşı yaşamaq prinsiplərini pozaraq ermənilərin özlərini Birinci Dünya Müharibəsi illərində etnik təmizləmə və soyqırım adlandırdıqları siyasətin qurbanları kimi təqdim edir və hazırda şərq və qərb tərəfdarları ilə qonşu ölkənin torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq mifində təmsil olunan siyasi məqsədlərinə nail olmağa çalışırlar. Bu məqalə kontekstində eyni sual ortaya çıxır: "Dünənki qurbanlar" necə oldu ki, bugünkü qatillərə çevrildi? Əslində, bu sualın cavabı aydındır. Sözsüz ki, hegemon Qərb dövlətləri işğalçı Ermənistanla həmrəy olduğu indiki dünya nizamı fonunda, Azərbaycanın haqqına etinasız yanaşır və onun müqəddəs maddi və mənəvi dəyərlərini qiymətləndirmir. Bu halda Qurani-Kərimdə gələn yalnız Uca Tanrı sözlərinin xatırlamaq yerinə düşərdi. “Bəqərə” surəsinin 114-cü ayəsində buyurulur: “Allahın məscidində onun adının çəkilməsinə imkan verməyən və oranı xaraba qoymağa çalışanlardan da zalımı varmı? Onlar məscidlərə yalnız qorxu ilə girmək haqqına malikdirlər. Onların dünyada bəhrəsi rüsvayçılıq, axirətdə isə böyük əzabdır.