2020-06-29

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə AR-n BƏƏ-dəki Səfirlikdə tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən Səfir Mahir Əliyev Azərbaycan ordusunun yaranma tarixi və inkişafı barədə məlumat verərək, bu gün Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən-günə hərbi qüdrətini artıran Azərbaycan Respublikasının dünyanın ən güclü ordusu olan ölkələr sırasında qərarlaşdığını diqqətə çatdırmışdır. Səfir M.Əliyev bildirmişdir ki, işğal olunmuş ərazilərimizin azad edilməsinə tam hazırıq. Əgər sabah Prezidentimiz cənab İlham Əliyev tərəfindən əmr verilərsə, şanlı ordumuzun torpaqlarımızın bir qarışını belə düşməndə qoymayacağına tam əminik. 

Arxiv üzrə axtarış