2020-03-16

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ MÜVƏQQƏTİ VƏ DAİMİ YAŞAYAN, HƏMÇİNİN MÜVƏQQƏTİ SƏFƏRDƏ OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ NƏZƏRİNƏ!

Hörmətli həmvətənlər,

Məlum olduğu kimi, yeni tip koronovirusun (CODIV-19) bir çox ölkələrdə sürətlə yayılması, o cümlədən Səfirliyin akkreditə olduğu Birləşmiş Ərəb Əmirliklərində bu virusa yoluxma hallarının qeydə alınması müşahidə edilməkdədir. Koronavirusdan effektiv şəkildə qorunmaq üçün aşağıdakı tövsiyələrə ciddi şəkildə əməl olunmasını xahiş edirik:

Yaşadığınız ölkənin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətlə izlənilməsi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət edilməsi;

Xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan, istifadənin məhdudlaşdırılması və insanların kütləvi şəkildə toplaşdıqları ərazidən çəkinilməsi;

Koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçilməsi;

Bu məqsədlə  Səfirlik tərəfindən müəyyən edilmiş “qaynar xətt”lə (Eldəniz Musayev +971509710509 “Əbu Dabidəki Səfirlik; Tamerlan Qarayev +971554822828 Dubaydakı Baş Konsulluq) əlaqə saxlanılması;

Eyni zamanda diqqətinizə çatdırırıq ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə, təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacaqdır.

Hər hansı fövqəladə vəziyyətlə bağlı məlumatlandırılma və hüquqi yardımın göstərilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşlarının Səfirliyin Konsulluq şöbəsində konsulluq qeydiyyatına alınmaları üçün müraciət etmələri (Orxan İsmayılov/ Konsul- Əbu Dabi +971543222700 azembuae@emirates.net.ae; Tamerlan Qarayev +971554822828 Dubaydakı Baş Konsulluq)  tövsiyə olunur.  

Arxiv üzrə axtarış