2019-04-11

Abu Dhabi News: “Azərbaycan 10 milyonuncu sakininin doğulmasını qeyd edir”

“Abu Dhabi News” xəbər portalında “Azərbaycan 10 milyonuncu sakininin doğulmasını qeyd edir” başlıqlı məqalə dərc olunmuşdur. 

Məqalədə 6 aprel 2019-cu il tarixində saat 03:30-da Azərbaycan Respublikasının 10 milyonuncu sakininin dünaya gəldiyi bildirilir, körpənin çəkisi və boyu barədə məlumat verilir. Uşağın Ermənistan ordusu tərəfindən işğal edilmiş Ağdərədən məcburi köçkün düşmüş, hazırda Ağdam rayonunun Güneytəpə kəndində qeydiyyatda olan Rauf Həsənov və Nigar Ocaqovanın ailəsində doğulduğu qeyd olunur. 

Materialda həmçinin 10 milyonuncu sakinin dünyaya gəlişi münasibətilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan xalqına təbrik ünvanladıqları, körpəni və onun valideynlərini doğum evində ziyarət etdikləri, Prezident İlham Əliyevin körpənin valideynlərinə doğum şəhadətnaməsinin təqdim etdiyi, həmçinin mənzil və bank hesabına keçirilmiş pul vəsaiti hədiyyə etdiyi bildirilir. 

10 milyonuncu sakinin doğulması münasibətlə Azərbaycanda şənliklərin keçirildiyi, Prezident İlham Əliyevin rəhbərliyi altında davamlı iqtisadi inkişafa və sabitliyə nail olmuş ölkədə rifahı getdikcə daha da artmaqda olan əhalinin 10 milyona çatmasının çox əlamətdar hadisə olduğu da məqalədə qeyd olunur. 

Məqalə ilə aşağıdakı keçiddə tanış olmaq olar. 

https://abudhabi-news.com/More/3461773/%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86-%D8%AA%D8%AD%D8%AA%D9%81%D9%84-%D8%A8%D9%88%D9%84%D8%A7%D8%AF%D8%A9-%D8%B7%D9%81%D9%84-%D8%A7%D9%84%D9%85%D9%84%D9%8A%D9%88%D9%86-%D8%A7%D9%84%D8%B9%D8%A7%D8%B4%D8%B1-%D9%85%D9%86-%D8%A7%D9%84%D8%B4%D8%B9%D8%A8

Arxiv üzrə axtarış