BƏƏ rəhbərləri Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik ediblər
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed əl Nəhyan 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu göndərib.
Ölkə Prezidenti ilə yanaşı BƏƏ-nin Baş naziri və Vitse-prezidenti, Dubayın əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid əl Məktum və Abu Dabi əmirliyinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələri Baş komandanının müavini Əlahəzrət Şeyx Məhəmməd bin Zayed əl Nəhyan da Prezident cənab İlham Əliyevi təbrik ediblər.
Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid əl Məktub və Əlahəzrət Şeyx Məhəmməd bin Zayed əl Nəhyan həmçinin Azrbaycan Respublikasının Baş naziri cənab Novruz Məmmədova da təbrik məktubları göndəriblər.