2018-02-27

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov BƏƏ-nin ədliyyə naziri Sultan Bin Səid əl Badi ilə görüşmüşdür.

Əsasları ümummilli lider Heydər Əliyev və BƏƏ-nin birinci Prezidenti Şeyx Zahid əl Nəhyan tərəfindən qoyulmuş ikitərəfli Azərbaycan–BƏƏ münasibətlərin həyatın bir çox  sahələrində sürətlə inkişaf etdiyi vurğulanmışdır. Son illərdə iki ölkə xalqları arasında təmasların genişlənməsi, Azərbaycana səfər edən BƏƏ vətəndaşları sayının ildən ilə artması əməkdaşlığa yeni dinamika verdiyi qeyd olunmuşdur.

Görüş zamanı İki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq məsələləri, bu sahəyə aid hüquq müqavilə bazası müzakirə edilmişdir.

Daha sonra Səfir D.Şikarov Azərbaycanda gedən siyasi və iqtisadi proseslər, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı layihələr, 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkiləri,  Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsində duran məhkəmə sistemi   barəsində Ədliyyə naziri cənab naziri Sultan Bin Səid əl Badiyə məlumat vermişdir.

Görüşdə iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq məsələlərini müzakirə olunmuş, Azərbaycan-BƏƏ arasında hüquq və məhkəmə sahəsində əməkdaşlıq haqqında sazişin imzalandığı və müvafiq ratifikasiya instrumentinin mübadiləsinə dair protokolun mövcud olduğu vurğulanmşdır.

Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə naziri Sultan Bin Səid əl Badi  iki ölkə arasında mövcud olan əlaqələrdən məmnun olduğunu qeyd edərək,   bu əlaqələrin daha da inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu bildirmişdir.

BƏƏ-nin ədliyyə naziri S.Bin Səid əl Badi ölkəsinin Azərbaycan ilə xüsusi münasibətlərdə olduğunu vurğulayaraq, ölkəsində cərəyan edən proseslərdən, BƏƏ-nin ədliyyə sistemi barəsində danışmışdır. Nazir Azərbaycan tərəf müqabilləri ilə ədliyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd etmişdir.

Arxiv üzrə axtarış