Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu auditoriyasına malik Əl-Fəcr qəzetinin 24 dekabr 2017-ci il tarixli sayında qəzetin baş redaktoru doktor Şərif Əl- Bəsilin imzasıyla
“İlham Əliyev: müdrikliyi, uzaqgörənliyi və xalqın maraqlarını dəqiq incələməsi sayəsində Azərbaycanı daha təhlükəsiz, sabit və firavan gələcəyə doğru aparır" adlı məqalə dərc olunmuşdur.
Qəzetin bir səhifəsini tamamən Azərbaycana həsr edən Baş redaktor, 26 illik müstəqilliyi dövründə Azərbaycanın siyasi, iqtisadi, ticarət, investisiya, mədəniyyət və humanitar sahələrdə geniş və hərtərəfli uğur və naliyyətlər əldə etdiyini qeyd edərək, Azərbaycanın bu qısa müddət ərzində aktiv və mühüm dövlətlər xəritəsində, eləcə də sivil millətlər arasında özünəməxsus yer tutduğunu bildirmiş, bəşəri sivilizasiya tarixində mühüm aktorlardan birinə çevirildiyini və regional və beynəlxalq sülhün möhkəmləndiirlməsində mühüm rol oynadığını diqqətə çatdırmışdır.
Artıq çoxlarının Azərbaycanı Cənubi Qafqaz və Avrasiya regionunda mühüm bir ölkə kimi tanıdığını bildirən məqalə müəllifi Azərbaycan xalqının Prezident İlham Əliyevə həm ölkə daxilində, həm də ölkə xaricində mühüm uğurlar əldə etmiş milli rəmz kimi baxdıqlarını diqətə çatdırmış, İlham Əliyevin Azərbaycanı inkiaf etmiş ölkələr sırasına cıxardığını, əhalinin yaşayış səviyyəsini və rifahını daha da yaxşılaşdırdığını qeyd etmişdir.
Xalqın ona olan etimad və inamının çox təbii ki, dövlət resurslarının inkişaf etdirilməsi, irimiqyaslı dövlət layihlərinin icrası, yeni iş yerlərinin yaradılması, gənclərin iş yerləri ilə təmin olunması, uzaqgörən siyasəti kimi məqsədyönlü strategiyası nəticəsində formalaşdığını qeyd edən müəllif İlham Əliyev siyasətinin Azərbaycan gənclərini ruhlandırdığını və onların həyatın bütün sahələrində aktiv ro oynamağa təşviq etdiyini vurğulamışdır.
Müəllif Azərbaycanı tanıyan hər bir oxucunun Prezident İlham Əliyevin yürütdüyü siyasətin yalnız xalqın maraqlarına xidmət etdiyini bildirmiş, Azərbaycan xarici siyasətinin ardıcıl uğurlar əldə etdiyini, Azərbaycanın davamlı və sürətli inkişaf yolu keçdiyini qeyd edərək, Azərbaycanın sabit və iri addımlarla gələcəyə doğru ümidlə irəlilədiyini oxucularının diqqətinə çatdırmışdır.
Prezident İlham Əliyevin doğum günündə hər bir azərbaycanlının fərəh hissi keçirdiyini və bu günü böyük iftixarla qeyd etdiyini bildirən müəllif İlahm Əliyevin tək Azərbaycan xalqının deyil, eyni zamanda beynəlxalq müstəvidə də böyük nüfuza malik olduğunu bildirmiş, xarici dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların çoxsaylı orden və medallarına - “Kral Əbdüləziz” ordeninin, Küveytin “Mübarək əl-Kəbir” ordeninin, Fransanın “Şərəf Legionu” ordeninin, Rumıniyanın “Ulduz” ordeninin, Gürcüstanın “Şərəf” ordeninin, həmçinin “Türkdilli respublikalarda onilliyin ən uğurlu dövlət xadimi” mükafatının, “Balkanların ləyaqətli dostu” beynəlxalq mükafata və sair layiq görüldüyünü xatırlamışdır.
İlham Əliyevin şəxsi və peşəkar həyatına nəzər salan jurnalist onun 24 dekabr 1961-ci il tarixində ziyalı ailəsində anadan olduğunu oxucuların diqqətinə çatdıraraq, dövlətimizin başçısının Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetini bitirdiyini, tarix elmləri doktoru olduğunu, oxuduğu Universitetdə müəllimlik fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir.
1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli çağırışı ilə hakimiyyəti öz üzərinə götürdüyünü və ölkənin yaranmış xaosdan qoruduğunu bildirən müəllif ulu öndərdən sonra İlham Əliyevin hakimiyyətə gəldiyini və atasının siyasi kursunu uğurla davam etdirdiyini vurğulamışdır.
Cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyası sədrinin müavini, sonra isə birinci müavini seçildiyini diqqətə çatdıran yazar, 2001-2003-cü illərdə İlham Əliyevin Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinə rəhbərlik etməsi və 2003-cü ilin yanvar ayında AŞPA sədrinin müavini və büro üzvü seçilməsi barədə məlumat verir.
Məqalə müəllifi cənab İlham Əliyevin 4 avqust 2003-cü ildə Baş nazir vəzifəsinə təyin edildiyi bildirərərk. 15 oktyabr 2003-cü il tarixində Azərbaycanda şəffaf prezident seçkilərinin keçirildiyini, cənab İlham Əliyevin ümumi səslərin 79.46%-ni əldə etməklə qalib gəldiyini və 31 oktyabrda baş tutan andiçmə mərasimindəki çıxışının konseptual məqamlarını oxucuların diqqətinə çatdırmışdır.
Müəllifi Prezident İlham Əliyevin hakimiyyəti illərində yoxsulluğun və işsizliyin kəskin azaldığını, yeni iş yerlərinin açıldığını, valyuta ehtiyatlarının, ÜDM-un artdığını qeyd edərək, həmin dönəmlərdə irimiqyaslı layihələrin icrasına başlanıldığını diqqətə çatdırmışdır.
Cənab İlham Əliyevin Azərbaycanın rəhbərliyi dövründə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin işə salınması, Azərbaycan ərazisində qaz və nəqliyyat layihələrinin həyata keçirilməsi barədə məlumat verən müəllif bunun da öz növbəsində, Azərbaycanın geosiyasi və geostrateji əhəmiyyəti ilə yanaşı, qlobal həyati əhəmiyyətli layihələrin gerçəkləşdirilməsində mühüm regional rolunu daha da gücləndirdiyinə diqqət çəkərək, iri layihələrdən olan “Cənub Qaz Dəhlizi” layihəsi, “Şahdəniz-2” layihəsi, TANAP və TAP layihələri və bununla da Azərbaycanın Avropanın enerji təhlükəsizliyininin təmin etməsi barədə oxucularına məlumat vermişdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından danışan yazar layihənin Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olduğunu bildirmiş, sözügedən dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olduğunu qeyd edərək, layihənin Orta Asiya ölkələrinin, həmçinin, Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracağını və bu yol vasitəsilə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağını və dəmir yolunun regionda turizmin inkişafına da güclü təsir göstərəcəyini vurğulamışdır.
Dünya bazarında qara qızılın qiymətinin kəskin şəkildə düşməsi ilə bəzi neft ixrac edən ölkələrin iqtisadi böhranla üzləşdiyinə diqqət çəkən müəllif Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan iqtisadiyyatının böhrandan əziyyət çəkmədiyini və ölkədə qeyri-neft sektorunun inkişafına təkan verildiyini bildirmiş və neftdən asılılığın azaldılmasına dair konkret tədbirlər paketinin icra olunduğunu qeyd etmişdir.
Azərbaycanın hərbi vəziyyətinə toxunan müəllif Azərbaycan ordusunun hazırlıq, döyüş qabiliyyəti, texnikası silah və sursat baxımından regionuna ən güclü ordularından biri olduğunu vurğulamış və bu gün Azərbaycan ordusunun xarici ölkələrin Azərbaycan ərazilərinə olan maraq və tamahlarının qarşısını almağa tam hazır olduğunu bildirmişdir.
Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasi kursu Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edən baş redactor Azərbaycanın bu gün Ermənistan istisna olmaqla, bütün dünya dövlətləri ilə bərabərhüquqlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələri qurduğunu bildirmiş, Azərbaycanın 155 səslə 2012-2013-cü illərdə BMT TŞ-nın qeyri-daimi üzvü seçildiyini, bir sıra beynəlxalq təşkilatlarla yanaşı, Qoşulmama Hərəkatı, Afrika Birliyi kimi qurumlara da üzv olduğunu qeyd etmişdir.
Məqalə müəllifi Azərbaycanın müxtəlif sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən unikal bir dövlət olduğunu bildirərək, İslam və Avropa təşkilatlarının üzvü olan Azərbaycanın hər iki sivilizasiyaların dəyərlərini özündə ehtiva etməklə həmin sivilizasiyalar arasında təbii körpü rolunu oynadığını qeyd etmiş, ölkəmizin bir asıra beynəlxalq forum və dialoqlara ev sahibliyi etdiyindən bəhs edərək, Prezident İlham Əliyevin rəhbərliyi və UNESCO, BMT Sivlilizasiyalar alyansı, Avropa Şurası İSESCO və digər mötəbər təşkilatların iştirakı ilə 5-6 may 2017-ci ildə Bakıda 4-cü Mədəniyyətlərarası Dünya Forumunun keçirildiyini xatırlatmışdır.
Məqalədə, son illər ərzində Azərbaycanın ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyi bildirilmiş, Azərbaycan Respublikasının dünyada artıq idman ölkəsi kimi tanındığı qeyd olunaraq, 12-22 may 2017 ci ildə Bakıda Dördüncü İslam Həmrəyliyi Oyunlarının da keçirildiyi vurğulanmışdır.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın bir çox beynlxalq mədəni, humanitar, musiqi, iqtisadi və idman tədbirlərini uğurla həyata keçirərək, bu sahədə böyük nüfuz qazandığını qeyd edən müəllif bu tədbirlərin yüksək səviyyədə keçirilməsində ölkənin Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın böyük və danılmaz rolu olduğunu bildirmiş və qeyd etmişdir ki, Azərbaycan EXPO 2025 beynəlxalq sərgisinin keçirilməsi üçün namizəd ölkədir və şübhəsiz ki, artıq gözəl təşkilatçılıq qabiliyyəti ilə fərqlənən Mehriban Əliyevanın nəzarəti altında bu tədbir də yüksək göstəricilərlə tarixdə iz salacaqdır.
Müəllif EXPO 2025-ə ev sahibliyi etmək niyyətində olan Azərbaycanın Dubayda keçiriləcək EXPO 2020 sərgisinə də xüsusi diqqət yetirdiyinin qeyd edərək, Azərbaycanın EXPO 2020-də iştirakını təsdiqləmiş ilk ölkə olduğunu bildirmişdir.
Məqalə ilə aşağıdakı linkdə tanış olmaq olar:
http://www.alfajr-news.net/details/إلهام-علييف-يقود-أذربيجان-نحو-مستقبل-أكثر-أمنا-واستقرارا-ورفاهية