2017-04-10

Daşqın Şikarov "İlin səfiri" seçilib

Azərbaycan-Slavyan Gəncəri Assosiasiyası və Diaspor.az – Azərbaycan Disporu İnfromasiya Mərkəzi "lin səfiri” sorğusuna yekun vurub. Sorğunun qalibi Azərbaycan Respublikasinin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov olub.

Sorğu keçirmiş təşkilat Daşqın Şikarovun diplomatiya sahəsində fəaliyyət göstərdiyi illərdə öz sahəsinin peşəkarı olmaqla yanaşı, ölkəmiz haqqında daha dolğun və obyektiv məlumatların yayılmasında fəal iştirakına, eyni zamanda onun Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının Pakistanda dövlət səviyyəsində tanınmasında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda ölkəmizin haqlı mövqeyinin səfir olduğu ölkələrdə təbliğatında müstəsna xidmətlərinə, səfirin ümumi diplomatik fəaliyyəti, innovativ sosial-media imkanlarından istifadə, həyata keçirilən layihələrin miqyası və digər kriteriyalara əsasən ilin səfiri adına layiq görüldüyünü açıqlayıb. 

Arxiv üzrə axtarış