Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Əl Qassimi ilə görüşdü
Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişafından, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin mövcudluğundan razılıq ifadə olundu.
Nazir Elmar Məmmədyarov Azərbaycanla BƏƏ arasında əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə edilməsinin vacibliyini qeyd etdi.
Xanım Şeyxə Lubna Al Qassimi Bakıda keçirilən VII Qlobal Forumun işini yüksək qiymətləndirdi.
Tərəflər hər iki ölkə vətəndaşları üçün viza rəsmiləşdirilməsinin asanlaşdırılması və avia reyslərin sayının çoxaldılmasının qarşılıqlı turist səfərlərinin artmasına xidmət etdiyini bildirdilər.
Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının önəmi qeyd olundu, müxtəlif layihələr üzrə birgə sərmayələrin yatırılması və birgə layihələrin həyata keçiriılməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.