2023 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları

-2023 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il aprelin 1-dən mayın 15-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

 

Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:

 

  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatcıları olan "Formula One Management Limited" şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan kecməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan kecməni təsdiq edən digər sənəd;
  2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan kecməni təsdiq edən akkreditasiya kartı;
  3. 2023 Formula 1 Azərbaycan Qran Pri yarışına bilet, o cumlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd;
 

Arxiv üzrə axtarış