news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 yanvar 2016

Cari ilin 20 yanvar tarixində Səfir Daşqın Şikarov etimadnamələrin surətini Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirinin müavini Məhəmməd Mir Abdullah Ər-Rəisiyə təqdim edib.

Səfir dost və qardaş BƏƏ-yə səfir təyin olunmasından məmnunluğunu bildirərək, Azərbaycan və Ərəb Əmirlikləri arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin daha yeni müstəviyə çıxarmaq məqsədilə səylərini əsirgəməyəcəyini qeyd edib.

Cənab Ər-Rəisi iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib, cənab Şikarova yeni vəzifəsində müvəffəqiyyətlər diləyib və səlahiyyətləri daxilində istənilən məsələdə səfirə yardım etməyə hazır olduğunu qeyd edib.

Görüş əsnasında, həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafında son durum barədə XİN rəsmisinə ətraflı məlumat verilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti