Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın AR tərəfindən tərkibi
Komissiyanın həmsədri:
Mikayıl Cabbarov Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Hökumətlərarası Komissiyanın fəaliyyəti
2008-ci ilin 26 may tarixində Bakı şəhərində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın birinci iclası keçirilmişdir.
2009-cu ilin 21-22 dekabr tarixlərində Əbu Dabi şəhərində Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın ikinci iclası keçirilmişdir.
2011-ci ilin 03 may tarixində Bakı şəhərində Azərbaycan Respublikası və BƏƏ arasında iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə Birgə Hökümətlərarası Komissiyanın üçüncü iclası keçirilmişdir.
2012-ci ilin 18 dekabr tarixində Dubay şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticari və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilmişdir.
İqtisadi, Ticarət və Texniki Əməkdaşlıq üzrə Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri Hökumətlərarası Birgə Komissiyasının 5-ci iclası 17-18 noyabr 2014-cü il tarixlərində Bakıda keçirilmişdir.
Komissiyanın 6-cı iclası 19-20 aprel 2017-ci il tarixində BƏƏ-nin Dubay şəhərində keçirilmişdir.