Mətbuat şərhi 09 may 2025

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Mayın 8-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 

Telefon danışığı zamanı dövlətimizin başçısının Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabidə keçirilmiş görüşlərdə aparılmış müzakirələrdən məmnunluq ifadə olunub.

 

Ölkələrimiz arasında qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi bildirilib, mövcud siyasi dialoqun ruhuna uyğun olaraq iqtisadi-ticarət əlaqələrinin genişləndiyi, müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlər həyata keçirdikləri vurğulanıb.

 

Dövlət başçıları ikitərəfli və regional gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti