news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 iyul 2016

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu sözləri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran zaman bildirib.

Nazir bu məsələdə əsas rolun Azərbaycan üçün ənənəvi turizm mənbəyi olmayan ölkələrdə təqdim edilən reklamlara məxsus olduğunu bildirib. Onun sözlərinə görə, son illər görülən işlər nəticəsində Azərbaycana gələn turist sayı bir neçə dəfə artaraq 2 milyona çatıb. Həmçinin ölkədə turistləri qəbul etmək üçün mehmanxanalarda yer sayı 11 mindən 38 minə çatıb. Bunun 17 mini Bakının, qalanları isə regionların payına düşür.

“Statistikaya görə, Azərbaycanda turizm sektoru ümumi daxili məhsulun (ÜDM) 4,1 faizini təşkil edir. Neft ölkəsi üçün bu, yetərincə yüksək göstəricidir” deyə Əbülfəs Qarayev vurğulayıb

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti