news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 aprel 2026

AZCON Holding və "AD Ports Group" logistika və rəqəmsal həllər üzrə əməkdaşlığı genişləndirir

28 aprel 2026-cı il tarixində AZCON Holding ilə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupu (AD Ports Group) arasında Azərbaycanda limanlar, gəmiçilik, logistika və rəqəmsal ticarət həlləri üzrə strateji əməkdaşlıq imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Memorandum Azərbaycanda investisiya imkanlarının araşdırılması, eləcə də inteqrasiya olunmuş nəqliyyat və logistika infrastrukturu, o cümlədən dənizçilik və rəqəmsal həllər sahələrində əməkdaşlığın genişləndirilməsi üçün tərəflər arasında strateji çərçivə formalaşdırır.

Bildirək ki, AZCON Holding şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “AD Ports Group” arasında iki ədəd konteyner gəmisinin tikintisinə və satışına dair Müqavilə” ilə Xəzər dənizində fəaliyyət göstərmək üçün iki 780 TEU konteyner gəmisinin inşası nəzərdə tutulur. Bu gəmilər Xəzər dənizində əsas ticarət mərkəzləri arasında bağlılığı optimallaşdırmaq məqsədilə əsas marşrutlara buraxılacaq.

Qeyd edək ki, AZCON Holding Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin İqtisadi Alt Komitəsinin üzvüdür. Bu çərçivədə keçirilən Komitənin ikinci iclası zamanı tərəflər arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun icrasına dair Yol Xəritəsi müzakirə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti