news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 aprel 2019

Səfir Mahir Əliyev etimadnaməsinin surətini Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə təqdim etmişdir

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev etimadnaməsinin surətini Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin müavini Əhməd Sari əl Məzruiyə təqdim etmişdir>

Əhməd Sari əl Məzrui Azərbaycan səfirinə Azərbaycan-BƏƏ əlaqələrinin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulamışdır. Səfir ölkəsini Prezident Əlahəzrət Şeyx Xəlifə bin Zayed əl Nəhyanın müdrik siyasəti ilə regional və beynəlxalq müstəvidə müvəffəqiyyətlərə nail olmuş BƏƏ-də təmsil etdiyinə görə şad olduğunu bildirmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti