Konsulluq xidməti və Viza
Konsulluq xidməti və Viza
Viza üçün tələb olunan sənədlər
BƏƏ-nin rezident viza sahibləri - Suriya, İraq və Əfqanıstan vətəndaşları (ən azı 6 ay etibarlılıq müddəti) istisna olmaqla, pasportları (səyahət sənədi deyil) (ən azı 4 ay etibarlılıq müddəti) hava limanına gələrkən vizalarını ala bilərlər.
BƏƏ-nin rezident vizasının etibarlılıq müddəti 6 aydan azdırsa, vətəndaşlıq ölkəniz elektron viza üçün uyğundursa, siz elektron viza üçün müraciət edə bilərsiniz.
Aşağıdakı linkdən elektron viza üçün uyğun ölkələri yoxlaya bilərsiniz:
Əks təqdirdə, qeyd olunan link vasitəsilə viza müraciəti etməlisiniz:
Daha sonra aşağıdakı link vasitəsilə konsulluq bölməsinə müraciət üçün görüş təyin etməlisiniz:
Sənədləri hazırladıqdan sonra müraciətinizə və təyinatınıza uyğun olaraq Səfirliyə və ya Konsulluğa yaxınlaşmalısınız.
Vizanın verilməsi üçün tələb olunan sənədlər:
-
Ərizə forması (linkindən çap olunmuş müraciət - maksimum 4 səhifə)
aşağıdakı link vasitəsilə viza müraciəti etməlisiniz:
https://visaapplication.mfa.gov.az/
-
Pasport və ya digər səyahət sənədi (pasportun və ya digər səyahət sənədinin etibarlılıq müddəti nəzərdə tutulan viza müddətinin bitdiyi tarixdən ən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;
-
İki rəngli fotoşəkil (3x4 sm, ağ fonda);
-
Tibbi sığorta şəhadətnaməsinin surəti (əgər dəvət edən tərəf tibbi xidmət göstərmirsə);
-
Otel rezervasiyası
-
Bilet rezervasiyası
-
Emirates İD kartın surəti
-
Səfər xərclərini ödəmək üçün vəsaitin dair müvafiq sənəd (bank hesabından çıxarış və s.);
Nəzərə alın ki, Səfirlik və ya Konsulluq vasitəsilə viza üçün müraciət ərizəsi təqdim edildikdən sonra 10 iş günü ərzində baxılır.