Tərcümeyi-hal

Fövqəladə və Səlahiyyətli Səfir

Mahir Məmməd oğlu Əliyev

 

Doğum tarixi və yeri: 26 iyun  1951. Azərbaycan Respublikası, Ağdaş şəhəri

Orta təhsil: 1957-1967, Ağdaş şəhəri, 1N-li orta məktəb

Ali təhsil: 1968-1975, Bakı Dövlət Universiteti, Şərqşünaslıq fakültəsi, ərəb dili şöbəsi

Əmək fəaliyyəti:

1967-1968- AMEA Respublika Əlyazmaları Fondu, baş laborant.

1972-1973- Misir Ərəb Respublikası, tərcüməçi.

1975-1978-YXDR (cənubi Yəmən), hərbi tərcüməçi.

1981-1984-Liviya Cəmahiriyyəsi, Sovet İnşaat Şirkətləri Birliyinin Baş direktorunun köməkçisi.

1978-2007-Bakı Dövlət Universiteti ərəb filologiyasi kafedrasının baş müəllimi.

1992-2007-Az. Respublikası Təhsil Nazirliyi Xarici əlaqələr idarəsinin rəisi.

2007-2008- Az. Respublikası XİN  Yaxın Şərq məsələləri üzrə müşavir.

2008-2012-Azərbaycanın Suriyada Fövqəladə və səlahiyyətli səfiri

2012-2014 - Azərbaycanın Livanda Fövqəladə və səlahiyyətli səfiri.

2015-2019 Azərbaycanın Əlcəzairdə Fövqəladə və səlahiyyətli səfiri

2017-2019 Azərbaycanın Tunis Respublikasında Fövqəladə və səlahiyyətli səfiri

2019-         Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və səlahiyyətli səfiri

Hərbi xidmət: ehtiyatda olan zabit, baş leytenant

 

İctimai fəaliyyət:

1994-2006- İSESCO (Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatı)-nun İcraiyyə Şurasının (mərkəzi qərargahı Mərakeşin Rabat şəhəri) üzvü və Şuranın sədr müavini

1998-1999- Azərbaycan Respublikasında Təhsil sahəsində islahatlar  üzrə Dövlət Proqramını hazırlayan Dünya bankı və Azərbaycan Müştərək Komissiyası İşçi Qrupunun Azərbaycan tərəfinin rəhbəri

1999-2003: Avropa Şurası tərəfindən Avropa orta məktəblərində tədris üçün hazırlanan “Qafqaz tarixi” dərsliyinin Azərbaycan tərəfindən koordinatoru

1996-2006: Avropa Şurası ilə birlikdə Azərbaycan təhsil sistemində (humanitar fənnlər üzrə) həyata keçirilən islahat proqramının Azərbaycan tərəfindən koordinatoru

Əlavə təhsil:

Böyük Britaniya (1996), Almaniya (1998) və Fransada (2002) beynəlxalq əməkdaşlıq sahəsində rəhbər kadrların təkmilləşdirmə kursları

Təltiflər:

 Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeni,Tərəqqi” medalı,  “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi”fəxri adı,  “AR XİN fəxri əməkdaşı”,  İSESCO-nun “Qızıl medalı”

Azərbaycan tarixi və ərəb filologiyası üzrə 10 elmi məqalənin müəllifi

Xarici dillər:

 rus və ərəb dilləri-sərbəst, ingilis və türk dilləri-normal, fars dili-orta

Ailə vəziyyəti: evli, iki qız atası