2019-06-18
Səfir Mahir Əliyev BƏƏ-nin Tolerantlıq nazirinin müavini xanım Afra Assabiri ilə görüşmüşdürSəfir Mahir Əliyev BƏƏ-nin Tolerantlıq nazirinin müavini xanım Afra Assabiri ilə görüşmüşdürv

Səfir Mahir Əliyev 17 iyun 2019-cu il tarixində BƏƏ-nin Tolerantlıq nazirinin müavini xanım Afra Assabiri ilə görüş keçirmişdir.

Səmimi keçən görüş zamanı Azərbaycanlı diplomat multikulturalizm və tolerantlıq ideyalarının hökm sürdüyü Azərbaycanda bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşadıqlarını bildirmişdir. Bu mövzuda Azərbaycanda tanınmış siyasi, dini, ictimai xadimlərin, müxtəlif ölkə rəhbərlərinin iştirakı ilə bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirildiyi qeyd olunmuşdur. Eyni zamanda 2019-cü ilin BƏƏ-də tolerantlıq ili elan edildiyini söylərək bildirilmişdir ki, cari ilin fevral ayında Roma Papası Fransis və Müsəlman Ağsaqqallar Şurasının sədri Al Azhar Universitetinin Ali İmamı Ahmed Al Tayyebin iştirakı ilə keçirilmiş Qlobal Humanizm Konfransında Qafqaz müsəlmanları idarəsinin sədri Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Öz növbəsində Tolerantlıq nazirinin müavini BƏƏ-də hökm sürən tolerantlıq mühiti barəsində bilgilər vermiş, rəsmi tədbirdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olduğunu bildirdərək xoş təssüratları ilə bölüşmuşdür.

Tərəflər iki ölkə arasında multikultralizm və tolerantlıq ideyaların təşviqi istiqamətində əməkdaşlıq məsələlərini müzakirə etmişdirlər.

növbəti xəbər əvvəlki xəbər