2019-04-29
“Abu Dhabi News” elektron xəbər portalında Xocalı faciəsi ilə bağlı məqalə verilmişdir. Məqalədə Xocalı faciəsinin 20-ci əsrin ən tükürpədici qırğınlarından biri, bunun Ermənistanın Azərbaycanlılara qarşı törətdiyi soyqırım aktı olduğu bildirilir.

Materialda Xocalının özü və qırğında həlak olanlar barədə məlumat verilir, ermənilərin 1980-ci illərdə “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə Azərbaycan ərazisi olan Qarabağa iddia qaldırdıqları, Azərbaycanlılara qarşı alman faşistləri və sionistlərin tarixdə həyata keçirdikləri qırğınlarla müqayisədə daha böyük vəhşiliklər etdikləri, uşaq və qadınlara belə rəhm göstərmədikləri qeyd olunur, bu qəddarlıqlar barədə əcnəbi jurnalistlərin verdiyi məlumatlardan bəhs edilir. Məqalədə həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ümumi məlumat verilir.

Məqalənin orijinalı ilə burada tanış olmaq olar.

növbəti xəbər əvvəlki xəbər