2017-12-20
Birləşmiş Ərəb Əmirliklərinə xidməti pasportla səfər edən vətəndaşların nəzərinə

Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik, xüsusi və xidməti pasportlarla vizasız gediş gəliş haqqında saziş bir neçə il öncə imzalanmışdır. Lakin BƏƏ-də xidməti pasportun yox, xüsusi pasportun olması səbəbindən BƏƏ sərhədçilərində xidməti pasportla bağlı anlaşılmazlıq yaranır və bəzi hallarda BƏƏ-yə xidməti pasportla səfər edən Azərbaycan vətəndaşları məsələ aydınlaşdırılana qədər lüzumsuz sərhəddə vaxt itirməli olurlar

Bununla əlaqədar səfirlik xidməti pasportla BƏƏ-yə səfər edən Azərbaycan vətəndaşlarına hər ehtimala qarşı əlavədəki sənədin surətini özləri ilə götürməyi, vizasız giriş ilə bağlı hər hansı anlaşılmazlıq yarandığında təqdim etməyi tövsiyə edir.

növbəti xəbər əvvəlki xəbər