2017-10-21
Dubay şəhərində Azərbaycan mətbəxi olan “Cafe Baku” restoranı açılmışdır

21 oktyabr 2017-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində daha bir Azərbaycan restoranı açılmışdır. Şəhərin turistlərin ən çox gəzdiyi City Walk ərazisində açılmış Cafe Baku restoranının interyeri ukraynalı dizayner Denis Belenko tərəfindən tərtib olunmuşdur. Restoran BƏƏ sakinləri arasında sevilən Azərbaycan mətbəxinin dadını tam şəkildə müştərilərə çatdırmaq  məqsədilə məhsulları mütəmadi olaraq Azərbaycandan gətirir. Restoranda yeməklərin keyfiyyətinə baş aşpaz Namiq Məmmədhüseynov nəzarət edəcəkdir.

Qeyd etmək lazımdır ki, restoranın ilk ziyarətçilərindən biri BƏƏ-nin Vitse-prezidenti və Baş naziri, Dubayın əmiri Şeyx Məhəmməd bin Rəşid əl Məktum olmuş, burada nahar etmişdir.

Restoranın açılışında Azərbaycandan və BƏƏ-dən olan qonaqlarla bərabər Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov və səfirliyin əməkdaşları iştirak etmişdirlər.

Cafe Baku restoranının açılışı ilə əlaqədar Azərbaycanın əfsanəvi caz ifaçısı olan “Rast” qrupunun City Walk meydanında canlı konserti təşkil edilmişdir.

növbəti xəbər əvvəlki xəbər