2017-05-09
Səfir Daşqın Şikarov Qələbə günü münasibətilə keçirilmiş tədbirdə çıxış edib

Səfir Daşqın Şikarov İkinci Dünya Müharibəsində qələbənin 72-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edib. Rusiya Federasiyasının Dubay və BƏƏ-nin şimal əmirliklərindəki Baş konsulluğu tərəfindən keçmiş SSRİ ölkələrinin BƏƏ-dəki diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, diaspor üzvləri, BƏƏ ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Daşqın Şikarov Azərbaycanın müharibədə oynadığı vacib roldan, 700 min azərbaycanlının müharibədə iştirak etməsindən və onların yarısının həlak olmasından, sovet ordusunun texnikasının 80% yanacağının Bakı neft ilə təmin olunmasından, azərbaycanlıların partizan döyüşlərində şücaətlərindən danışmışıb.

Səfir qələbə gününə ümummilli lider Heydər Əliyev tərəfindən yüksək önəm verildiyini, bunun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, Dövlət başçısının hər ilə qələbə gününə həsr olunmuş tədbirlərdə iştirak etdiyini və veteranlarla görüşdüyünü bildirib.

Qeyd olunmalıdır ki, bayram süfrələrində Azərbaycan istehsalı olan “Bağdan” sərinləşdirici içkilərindən istifadə edilib.

növbəti xəbər əvvəlki xəbər