2016-02-25
Əl-Bəyan" qəzetinin 25.02.16-ci il tarixli 13035-ci sayındakı "İşğal" bölməsində "Azərbaycan diasporu tərəfindən Xocalı faciəsi ilə bağlı keçirilən anım mərasımı" başlıqlı məqalə dərc edilmişdir.

("Əl-Bəyan" qəzetinin 25.02.2016-cı il tarixdə yayımlanmış 13035-ci sayı,
"İşğal" bölməsi, səh. 33) Azərbaycan diasporu tərəfindən Xocalı faciəsi ilə bağlı keçirilən anım mərasimi Əbu Dabi, Əl-Bəyan qəzeti 25.02.2016 Dünən Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporu tərəfindən Əbu Dabi şəhərində Azərbaycanın cənub-qərbində, Qarabağ regionunda yerləşən Xocalı şəhərinin yüzlərlə sakininin erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə nəticələnən Xocalı faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.
Tədbirin əvvəlində qətlə yetirilmiş faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri Daşqın Şikarov çıxış edərək Xocalı hadisələrinin ermənilər tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticəsi olduğunu bildirmiş, bu xüsusda İslam Əməkdaşlıq Təşkilatının 2015-ci iltə Küveytdə keçirilmiş toplantısı zamanı qəbul olunmuş qərarı xatırlatmışdır. Səfir həmçinin bildirmişdir ki, Xocalı qətliamı 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistanın silahlı qüvvələri və ona tabe olan digər qanunsuz silahlı birləşmələr tərəfindən həyata keçirilmişdir.
Belə ki, sözügedən silahlı birləşmələr əhalisi azərbaycanlılardan təşkil olunan və sayı təxminən yeddi minə çatan Xocalı şəhərinə basqın edərək 613 mülki şəxsi qətlə yetirmişlər. Eyni zamanda, 487 mülki şəxs müxtəlif səviyyədə yaralanmış, 150 şəxs isə itkin düşmüşdür.
Əlavə: - "Əl-Bəyan" qəzetində dərc olunmuş məqalənin linki: www.albayan.ae/one-world/overseas/2016-02-25-1.2581547

növbəti xəbər əvvəlki xəbər

 

 

bakushop