Əsas yüksək səviyyəli səfərlər və görüşlər

Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur.                 

1994-cü ilin iyun ayında Birləşmiş Ərəb Əmirliklərinin Ankaradakı Səfirini Azərbaycana təyin etmişdir. Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur. 2001-ci ilin 16 iyun tarixindən etibarən Azərbaycan Respublikasının Səfirliyi BƏƏ-nin paytaxtı Əbu Dabi şəhərində fəaliyyət göstərir. 1994-cü ilin iyun ayında BƏƏ Ankaradakı Səfirini Azərbaycana təyin etmişdir. 2015-ci ilin oktyabr ayından BƏƏ-nin Azərbaycanda səfiri Məhəmməd Əhməd Hamel Əl Qubaisi, 2016-cı ilin yanvar ayından Azərbaycanın BƏƏ-də səfiri Daşqın Şikarovdur.  

1994-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məktubunu Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Zayed bin Sultan ali Nəhyana təqdim etmişdir.

1994-cü ilin 13 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İKT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Mərakeşin Kasablanka şəhərində keçirilmiş zirvə toplantısı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Zayed bin Sultan ali Nəhyanla görüşmüşdür.

1997-ci ilin 11 aprel tarixində Azərbaycan Respublikası Milli Məclisinin “Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyinin təsis edilməsi” haqqında qərarı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilmişdir.

2000-ci ilin aprel və 2003-cü ilin may aylarında Bakıda keçirilmiş Azərbaycan Hökuməti ilə ərəb inkişaf fondları arasında Dəyirmi Masa görüşlərinin hər ikisində Əbu-Dabi İnkişaf Fondunun nümayəndəsi iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2001-ci il tarixli, 444 saylı Fərmanı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

2001-ci ilin 16 iyun tarixindən etibarən Azərbaycan Respublikasının Səfirliyi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir.

2001-ci ilin 29-31 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfov Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olmuşdur. Səfər zamanı X.Xələfov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirinin müavini Seyf Səid bin Səidlə görüş keçirmiş, müxtəlif sahələrdə Azərbaycan-Ərəb Əmirlikləri əməkdaşlığı məsələlərini müzakirə etmişdir.

Səfər çərçivəsində X.Xələfov Əbu-Dabidə yerləşən Şeyx Zayed adına Koordinasiya Mərkəzində “Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda mühazirə ilə çıxış etmişdir. Mühazirə Birləşmiş Ərəb Əmirliklərinin ictimaiyyətində Azərbaycan gerçəkliyi və Ermənistan Respublikasının ölkəmizə qarşı təcavüzü haqqında düzgün rəyin formalaşmasına əməli təsir göstərmiş və böyük maraq doğurmuşdur.

2002-ci ilin aprel ayında Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini E.Ağayev Birləşmiş Ərəb Əmirliklərinin “Julphar-2” əczaçılıq kompleksinin açılış mərasimində iştirak etmiş, Ras əl-Xeymə Əmirliyinin hakim ailəsinin üzvləri ilə görüşmüşdür.

2002-ci ilin dekabr ayında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının sədri S.Tatlıyevin başçılıq etdiyi nümayəndə heyəti Şarcada keçirilmiş 9-cu İslam Ticarət Sərgisində iştirak etmişdir.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti Şarca Əmirliyinin hakimi Şeyx Sultan bin Məhəmməd Əl-Qasimi, Şarca Ticarət və Sənaye Palatasının sədri Əhməd Əl-Midfa və baş direktoru Səid Əl-Carvanla görüşlər keçirmişdir. Səfərin sonunda Azərbaycan və Şarca Ticarət və Sənaye Palataları arasında anlaşma memorandumu imzalanmışdır.

2003-cü ilin mart ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti “IDEX-2003” 6-cı Beynəlxalq Müdafiə Sərgi və Konfransında iştirak etmişdir.

2003-cü ilin 29 mart tarixində Azərbaycanın görkəmli incəsənət xadimləri Fərhad Bədəlbəyli, Fidan və Xuraman Qasımovalar Əbu-Dabi şəhərində konsert proqramı ilə çıxış etmişlər.

2003-cü ilin 08-10 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Kommunikasiya Naziri Əhməd Humeyd Əl-Tayerin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur. Nümayəndə heyətinin üzvləri Respublikamızın əlaqədar idarə və təşkilatlarında öz tərəfdaşları ilə görüşmüş, bir sıra konkret məsələ ətrafında müzakirələr aparmışlar.

Səfər zamanı Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında onların müvafiq əraziləri arasında və bu ərazilərin hüdudlarından kənarda hava əlaqəsinin yaradılması haqqında Saziş imzalanmışdır.       

2004-cü ilin 25-31 yanvar tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Ə.Vəliyev Birləşmiş Ərəb Əmirliklərinin İnformasiya və Mədəniyyət Nazirliyinin dəvətilə bu ölkədə işgüzar səfərdə olmuşdur.

Səfər zamanı Ə.Vəliyev Birləşmiş Ərəb Əmirliklərinin İnformasiya və Mədəniyyət Nazirinin müavini Saqr bin Qobaş, Dubay Əmirliyi Mədəniyyət, Gənclər və İdman Departamentinin rəhbəri Bilal əl-Kudur, Şarca Əmirliyi Mədəniyyət Departamentinin rəhbəri Şeyx İsam Əl-Qasimi və digər ölkə rəsmiləri ilə görüşlər keçirmişdir. Görüşlərdə Azərbaycanla Ərəb Əmirlikləri arasında mədəniyyət sahəsində əlaqələrin bugünkü vəziyyəti və perspektivləri haqqında ətraflı söhbət aparılmış və mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində hər iki tərəfin təklifləri nəzərdən keçirilmişdir.

2004-cü ilin 02-10 mart tarixlərində Azərbaycanın məşhur rəssamı Hüseyn Əliyevin Birləşmiş Ərəb Əmirliklərində şəxsi sərgisi keçirilmişdir. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bədii fondundan və rəssamın ailəsinin şəxsi kolleksiyasından 68 əsər nümayiş etdirilmişdir.

Sərginin açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Ə.Vəliyev, Rəssamlar İttifaqının sədri F.Xəlilov, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri E.Səlimov və s., BƏƏ tərəfindən Əbu-Dabi Mədəniyyət Fondunun sədr müavini Xalfan əl-Məhairi, İnformasiya və Mədəniyyət Nazirliyinin idarə rəisi Valid Əl-Zaabi, Mədəniyyət Fondunun idarə rəisi Sultan Əl-Xatib iştirak etmişlər.

2004-cü ilin 22-29 aprel tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Naziri P.Bülbüloğlu Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuşdur. Həmin vaxtda bu ölkədə Azərbaycan Mədəniyyət Günləri keçirilmişdir. Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ilə əlaqədar 62 nəfərdən ibarət nümayəndə heyəti Əbu-Dabiyə gəlmişdir.

25 aprel tarixində Əbu-Dabi şəhərində Azərbaycanın Mədəniyyət Naziri və BƏƏ İnformasiya və Mədəniyyət Naziri tərəfindən Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş imzalanmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Mədəniyyət Nazirinin Ərəb Əmirliklərinə rəsmi səfəri və keçirilmiş Mədəniyyət Günləri BƏƏ-də böyük rezonans doğurmuş, Azərbaycanın bu ölkədə tanınması istiqamətində yüksək nəticələr vermişdir. Yerli mətbuat orqanlarında yuxarıda göstərilən tədbirlərə geniş yer ayrılmış, yerli ictimaiyyət və ölkədə yaşayan xarici vətəndaşlar tərəfindən çox böyük maraqla qarşılanmışdır.

2004-cü ilin 04-07 noyabr tarixlərində Azərbaycan Respublikası Baş nazirinin müavini E.Əfəndiyev, Xarici İşlər Nazirinin müavini V.Sadıqov və Xarici İşlər Nazirliyinin İkinci ərazi idarəsinin rəisi A.Hüseyndən ibarət nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın vəfatı ilə bağlı başsağlığı mərasimində iştirak etmək üçün BƏƏ-də səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan nümayəndə heyəti yeni seçilmiş Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti tərəfindən qəbul olunmuşdur.

2005-ci ildə Azərbaycanda Ərəb Əmirliklərinin Mədəniyyət Günləri keçirilmişdir.

2005-ci ilin 06-07 aprel tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri  E.Məmmədyarov BƏƏ-də səfərdə olmuşdur. E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Raşid Abdullah Nueymi və Planlaşdırma Naziri Şeyxa Lubna bint Xalid Əl-Qasimi ilə görüşlər kecirmişdir. Səfər zamanı iki ölkə Xarici İşlər Nazirlikləri arasında anlaşma memorandumu imzalanmışdır.

2005-ci ilin 28-29 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Türkiyə və eyni zamanda Azərbaycanda akkreditə olunmuş Səfiri Xalid Ğanim Əl-Ğeys Bakıda səfərdə olmuş, Milli Məclisin Sədri O.Əsədov, İqtisadi İnkişaf Naziri H.Babayev, Sənaye və Energetika Naziri N.Əliyev, Xarici İşlər Nazirinin müavini X.Xələfov və Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam A.Paşazadə ilə görüşlər keçirmişdir.

2006-cı ilin 19 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Qırmızı Aypara Cəmiyyətinin nümayəndə heyəti Bakıda səfərdə olmuş, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin sədri Ə.Həsənov və Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam A.Paşazadə ilə görüşlər keçirmişdir. 

2006-cı ilin 02-03 aprel tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Ə.Qarayev Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuşdur.

2006-cı ilin 05-07 may tarixlərində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasov Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuş, Dövlət Sektorunun İnkişafı Naziri, Dubay İnternet Şəhərciyinin, Dubay Texnoparkının və ölkənin rabitə və internet xidmətini həyata keçirən “Etisalat University College”in yüksək vəzifəli məmurları ilə görüşlər keçirmişdir.

2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda keçirilmiş İKT Xarici İşlər Nazirlərinin 33-cü konfransında Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət Naziri Məhəmməd Hüseyn Əl-Şaalinin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2006-cı ilin 24-31 iyul tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin dini işlər və şəriət məhkəməsi məsələləri üzrə müşaviri Seyid Əli Əl-Haşimi Bakıya səfər etmiş, Milli Məclisin Sədri O.Əsədov, Azərbaycan Respublikası Baş nazirinin müavini E.Əfəndiyev, Azərbaycan Respublikası Prezidentinin milli siyasət məsələləri üzrə Dövlət müşaviri H.Orucov və Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam A.Paşazadə ilə görüşlər keçirmişdir. 

2006-cı ilin 01-03 noyabr tarixlərində ikiqat vergiqoymanın aradan qaldırılması üzrə saziş layihəsinin müzakirəsi üzrə 4-cü raundun görüşlərinin keçirilməsi ilə əlaqədar BƏƏ nümayədə heyəti Azərbaycanda səfərdə olmuşdur.      

2006-cı ilin 20-21 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuşdur.

Noyabrın 20-də Əbu-Dabidə, Əl-Müşrif Prezident sarayında Azərbaycan Respublikasının Prezidenti və BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanın təkbətək, habelə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilmiş və həmin gün Əl-Müşrif Prezident sarayında Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti adından Azərbaycan Respublikası Prezidentinin şərəfinə nahar verilmişdir.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti Əbu-Dabi İcraedici Şurasının üzvü, Əbu-Dabi Əmirliyi Vəliəhdinin Divanının başçısı, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Sultan bin Xəlifə Əl Nəhyanla görüşmüşdür. Azərbaycan Prezidenti eyni zamanda “Consolidated Energy Resources LLC” və “Ghobash Trading and Investments Group” şirkətlərinin rəhbəri, Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Naziri, Ərəb Valyuta Fondunun sədri Seyid Əhməd Ğobaş və İqtisadiyyat və Planlaşdırma Naziri Şeyxa Lubna bint Xalid Əl-Qasimi ilə görüşmüşdür. 

Həmin gün Əbu-Dabidə, “Qəsrul Əl-Emirat” mehmanxanasında Azərbaycan Respublikası ilə BƏƏ arasında aşağıdakı sənədlərin imzalanma mərasimi olmuşdur:

  1. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticari və texniki əməkdaşlıq haqqında Saziş (İqtisadi İnkişaf Naziri H.Babayev və İqtisadiyyat və Planlaşdırma Naziri Lubna Əl-Qasimi tərəfindən imzalanmışdır);
  2. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya (Xarici İşlər Naziri E.Məmmədyarov və Kabinet İşləri üzrə Dövlət Naziri Məhəmməd Abdullah Əl-Qərqavi tərəfindən imzalanmışdır);
  3. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş (İqtisadi İnkişaf Naziri H.Babayev və Kabinet İşləri üzrə Dövlət Naziri Məhəmməd Abdullah Əl-Qərqavi tərəfindən imzalanmışdır);
  4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş (Xarici İşlər Naziri E.Məmmədyarov və Səhiyyə Naziri Fomeid Məhəmməd Əl-Kitami tərəfindən imzalanmışdır);
  5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu (Ədliyyə Nazirləri F.Məmmədov və Məhəmməd Nahir Əl-Zahiri tərəfindən imzalanmışdır);
  6. Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə (Ədliyyə Nazirləri F.Məmmədov və Məhəmməd Nahir Əl-Zahiri tərəfindən imzalanmışdır);
  7. Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında Müqavilə (Ədliyyə Nazirləri F.Məmmədov və Məhəmməd Nahir Əl-Zahiri tərəfindən imzalanmışdır);
  8. Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqavilə (Ədliyyə Nazirləri F.Məmmədov və Məhəmməd Nahir Əl-Zahiri tərəfindən imzalanmışdır);
  9. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hərbi əməkdaşlıq haqqında Saziş (Müdafiə Naziri S.Əbiyev və Baş Qərargah rəisinin müavini Məhəmməd Hilal bin Sürur Əl-Kəbi tərəfindən imzalanmışdır);
  10. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş (Xarici İşlər Naziri E.Məmmədyarov və Təhsil Naziri Hənif Həsən tərəfindən imzalanmışdır);
  11. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Milli Olimpiya Komitəsi arasında olimpiya hərəkatı və idman sahəsində Anlaşma Memorandumu (Milli Olimpiya Komitələrinin baş katibi A.Əbiyev və baş direktoru İbrahim Əbdülməlik tərəfindən imzalanmışdır).

Azərbaycan Respublikasının Prezidenti həmin gün Əbu-Dabidə, BƏƏ Ticarət Palatasının binasında keçirilmiş Azərbaycan-BƏƏ biznes forumunda iştirak etmişdir.

Noyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti Şeyx Zayed məscidinə gələrək, BƏƏ-nin sabiq Prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın məzarını ziyarət etmişdir.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti Dubaydakı, dünyanın ən böyük ticarət zonası hesab edilən “Cəbəl Əli” azad ticarət zonasına gəlmişdir.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti Dubayda BƏƏ vitse-prezidenti və Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla görüşmüşdür. 

2006-cı ilin 12-14 dekabr tarixlərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi E.Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2007-ci il tarixli, 2082 saylı Sərəncamı ilə E.Səlimov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağırılmışdır.

2007-ci ilin 02-03 may tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Sektorunun İnkişafı Naziri Sultan bin Səid Əl-Mansurinin dəvəti ilə Azərbaycan Respublikasının Nəqliyyat Naziri Z.Məmmədov bu ölkədə rəsmi səfərdə olmuşdur. Səfər zamanı Z.Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Yol və Nəqliyyat Qurumunun sədri Mattaq əl-Tahiri, Cəbəl Əli Azad İqtisadi Zonasının vitse-prezidenti İbrahim Əl-Canubi və İqtisadiyyat Naziri Şeyxa Lubna bint Xalid Əl-Qasimi ilə görüşlər keçirmişdir. Səfərin nəticəsi olaraq, iki ölkə arasında beynəlxalq avtomobil daşımalarına dair hökumətlərarası saziş imzalanmışdır.

2007-ci ilin 11-15 noyabr tarixlərində Dubay şəhərində keçirilmiş “Aerospace-2007” adlı beynəlxalq hərbi tədbirdə Azərbaycan Respublikasının Müdafiə Naziri S.Əbiyevin başçılıq etdiyi altı nəfərdən ibarət nümayəndə heyəti 11-13 noyabr müddətində iştirak etmişdir.

2007-ci ilin 09-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Naziri Şeyx Seyf bin Zayed Əl Nəhyanın dəvətinə ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri R.Usubovun başçılıq etdiyi Bakı şəhəri Baş Polis İdarəsinin rəisi R.Abbasov, Daxili İşlər Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi M.Tukanov və Nazirin köməkçisi K.Xankişiyevdən ibarət nümayəndə heyəti BƏƏ-də rəsmi səfərdə olmuş, BƏƏ Daxili İşlər Naziri, onun müavini Seyf Abdullah Əl-Şafar və Dubay Polis İdarəsinin rəisi Dahi Xəlfan Təmimlə görüşlər keçirmişdir. Səfər zamanı Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş imzalanmışdır.   

BMT Baş Assambleyasının 62-ci Sessiyası çərçivəsində “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət”lə bağlı 14 mart 2008-ci ildə keçirilmiş səsvermədə  BƏƏ tərəfi Azərbaycanın mövqeyini dəstəkləmişdir.

2008-ci ilin 17-19 mart tarixlərində  Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuş, Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələri Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Xarici İşlər Naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan, Xarici Ticarət Naziri Şeyxa Lubna bint Xalid Əl-Qasimi və İqtisadiyyat Naziri Sultan bin Səid Əl-Mansuri ilə görüşlər keçirmişdir.

2008-ci ilin 26 may tarixində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilmişdir. İclasın yekunlarına dair protokol imzalanmışdır. Sənədləri hökumətlərarası komissiyanın həmsədrləri- Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri H.Babayev və Birləşmiş Ərəb Əmirliklərinin Xarici Ticarət Naziri Şeyxa Lubna bint Xalid Əl-Qasimi imzalamışlar. Sənədə əsasən, ölkələr investisiya və mövcud biznes mühitinə dair təqdimatlar keçirməklə neft-qaz, sənaye, kənd təsərrüfatı, qida məhsullarının istehsalı, nəqliyyat, turizm, təhsil, səhiyyə, gömrük, ekologiya və digər sahələrdə əməkdaşlığı inkişaf etdirəcəklər. Bundan başqa, beynəlxalq sərgilər, forumlar və ticarət tədbirləri barədə informasiya mübadiləsinin aparılması, ikitərəfli ticarətin inkişafı, birgə layihələrin həyata keçirilməsi, iş adamları arasında əməkdaşlığın təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi də öz əksini tapmışdır.

BƏƏ nümayəndə heyətinə başçılıq edən Xarici Ticarət Naziri Şeyxa Lubna Əl-Qasimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarovla görüşmüşdür.    

2008-ci ilin 01-04 sentyabr tarixlərində Bakıda keçirilmiş Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclasında Birləşmiş Ərəb Əmirliklərinin “WAM” Xəbər Agentliyinin nümayəndə heyəti iştirak etmişdir.

2009-cu ilin 20-21 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Naziri, Federal Nəqliyyat və Federal Mülki Aviasiya qurumlarının sədri Sultan bin Səid Əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti BƏƏ nümayəndə heyətini qəbul etmişdir. Əsasən özəl sektoru təmsil edən nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən Sultan bin Səid Əl-Mansuri ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulamış, münasibətlərimizin daha da möhkəmləndirilməsində hər iki ölkə rəsmilərinin maraqlı olduğunu bildirmişdir.

Dövlətimizin başçısı Azərbaycanla Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu qeyd etmişdir.

Səfərin əsas məqsədinin Azərbaycanla iqtisadi münasibətləri genişləndirməkdən ibarət olduğunu qeyd edən Sultan bin Səid Əl-Mansuri BƏƏ-nin neft, qaz, turizm, nəqliyyat, aviasiya və digər sahələrə sərmayə qoymaq niyyətində olduğunu bildirmişdir.

Azərbaycan Respublikası Nəqliyyat Nazirinin müavini M.Pənahov müzakirələrin nəqliyyatın bütün sahələrini əhatə edəcəyini bildirmişdir.

2009-cu ilin 21-22 aprel tarixlərində Bakıda keçirilmiş İKT üzvü olan ölkələrin hüquq-mühafizə orqanları rəhbərlərinin ilk konfransında Birləşmiş Ərəb Əmirliklərinin Baş Prokurorluğunun Texniki Bürosunun prokuroru Əhməd Rəşid Abdullah Əz-Zanhaninin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

Ə.Əz-Zanhani İKT üzvü olan ölkələrin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmişdir.

2009-cu ilin 23-25 may tarixlərində keçirilmiş İKT Xarici İşlər Nazirlərinin  36-cı konfransı zamanı Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri ilə görüşmüşdür. Görüşdə yaxın vaxtlarda BƏƏ-nin Azərbaycanda səfirliyinin açılması məsələsi müzakirə edilmişdir. BƏƏ tərəfi Bərpa Olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyə (IRENA) üzv dövlətlərin 2009-cu ilin 29-30 iyun tarixlərində Misirin Şarm Əş-Şeyx şəhərində keçirilən ikinci konfransında təşkilatın mənzil-qərargahının Əbu-Dabidə yerləşməsinə dair BƏƏ-nin mövqeyinin Azərbaycan tərəfindən dəstəklənməsini təklif etmişdir. Azərbaycan tərəfi sözügedən seçkilərdə BƏƏ-nin namizədliyini dəstəkləmişdir.

2009-cu ilin 26 may tarixində Birləşmiş Ərəb Əmirliklərinin Energetika Naziri Məhəmməd bin Dhaen Əl-Hamilinin başçılıq etdiyi nümayəndə heyəti qısa müddətdə Azərbaycanda səfərdə olmuşdur. M.Əl-Hamili Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmişdir. Nazir səfərinin əsas məqsədinin ölkələrimiz arasında energetika sahəsində həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əməkdaşlığın perspektivlərini müzakirə etməkdən ibarət olduğunu bildirmişdir.

2009-cu ilin 08-09 iyun tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. BƏƏ nümayəndə heyəti Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur. Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Azərbaycan Respublikasının Prezidenti BƏƏ nümayəndə heyətini qəbul etmişdir. Şeyx Abdullah bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı istiqamətində böyük işlər görüldüyünü vurğulamışdır. 

Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin uğurlu inkişafından məmnunluğunu bildirmiş, BƏƏ-yə səfərini və Prezident Şeyx Xəlifə bin Zayed Əl Nəhyanla səmimi və dostluq ruhunda keçən görüşünü xatırlayaraq, ikitərəfli əməkdaşlığımızın çox fəal olduğunu qeyd etmişdir. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev 2008-ci ildə BMT Baş Assambleyasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair” məsələnin müzakirəsi zamanı ölkəmizin mövqeyini müdafiə etdiyinə görə BƏƏ-yə təşəkkür etmişdir. İkitərəfli münasibətlərimizin iqtisadi, siyasi və digər sahələrdə möhkəmləndiyini vurğulayan Prezident İlham Əliyev BƏƏ Xarici İşlər Nazirinin ölkəmizə səfərinin də əlaqələrimizin daha da genişləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə etmişdir.  

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarovla görüşmüşdür. Qonaq ölkəmizdə gedən inkişaf prosesini yüksək qiymətləndirmiş, BƏƏ-nin Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayaraq, yaxın zamanda ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin açılacağını bildirmişdir. 

BƏƏ rəsmisi ölkəsinin Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirərək, neft-kimya və turizm sahələrinin də prioritet istiqamətlər hesab etdiyini diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Şeyx Abdullah bin Zayed Əl Nəhyan BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, erməni hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxarılmasına və problemin diplomatik yolla həllinə tərəfdar olduğunu vurğulamışdır.

Nazir E.Məmmədyarov ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətini yüksək qiymətləndirmiş, Azərbaycan və BƏƏ-nin bir çox beynəlxalq məsələlərə münasibətdə mövqelərinin üst-üstə düşdüyünü qeyd etmiş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyinin BƏƏ tərəfindən dəstəkləndiyinə görə qonağa minnətdarlığını bildirmişdir.

E.Məmmədyarov Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulamış, iqtisadiyyat, mədəniyyət sahələrində əməkdaşlığın, habelə gənc diplomatların mübadiləsinin əhəmiyyətini qeyd etmişdir. Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Şeyx Abdullah bin Zayed Əl Nəhyan ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri N.Əliyev və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Ş.Mustafayevlə görüşlər keçirmişdir. 

2009-cu ilin 29 sentyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Z.Qafarov BƏƏ Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Əbdürrəhman Murad əl-Buluşi Tariq Əhmədlə görüşmüşdür.

2009-cu ilin 13-15 oktyabr tarixlərində Bakıda keçirilmiş İKT üzvü olan ölkələrin Mədəniyyət Nazirlərinin 6-cı konfransında iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət Naziri Əbdürrəhman bin Məhəmməd Əl-Uveysin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Tədbir çərçivəsində Ə.Əl-Uveys İKT üzvü olan ölkələrin nümayəndə heyətlərinin başçıları ilə birlikdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2009-cu il tarixli, 601 saylı Fərmanı ilə Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

2009-cu ilin 21-22 dekabr tarixlərində Azərbaycan Respublikası Hökuməti və BƏƏ Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilmişdir. Sözügedən iclasda iştirak etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Ş.Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti BƏƏ-də səfərdə olmuşdur.

Səfər zamanı Ş.Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Naziri Sultan bin Səid Əl-Mansur, Xarici Ticarət Naziri Şeyxa Lubna bint Xalid Əl-Qasimi, Əbu-Dabi İnkişaf Fondunun İdarə heyətinin üzvü Favziyya Hamad Əl-Mübarəklə və digər ikitərəfli görüşlər keçirmişdir.

İclasda Azərbaycanla Ərəb Əmirlikləri arasında turizm, kənd təsərrüfatı məhsullarının istehsalı, alternativ enerji, dəniz suyunun şirinləşdirilməsi kimi sahələrdə əməkdaşlıq məsələləri geniş müzakirə edilmişdir.

İclasda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının Protokolu və AZPROMO və BƏƏ Federal Sənaye və Ticarət Palatası arasında anlaşma memorandumu imzalanmışdır.

2010-cu ilin 11 yanvar tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri E.Qəhrəmanov Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zəyed Əl Nəhyana etimadnamə vərəqəsini təqdim etmişdir.

2010-cu ilin 17 yanvar tarixində Azərbaycan Respublikasının Energetika Naziri N.Əliyev Əbu-Dabi şəhərində keçirilmiş Bərpa Olunan Enerji Mənbələri üzrə Beynəlxalq Agentliyin (IRENA) 3-cü toplantısında iştirak etmişdir.

2010-cu ilin 21-24 fevral tarixlərində Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru E.Babayev Şarca Əmirliyində işgüzar səfərdə olmuş, səfər zamanı Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Şarca Universiteti arasında anlaşma memorandumu imzalanmışdır.

2010-cu ilin 18-20 may tarixlərində Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 37-ci konfransı zamanı Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdullah bin Zayed ali Nəhyanla görüşmüşdür. Görüşdə Azərbaycan-BƏƏ əməkdaşlığı məsələləri müzakirə edilmiş, BƏƏ Xarici İşlər Naziri Azərbaycana rəsmi səfərə dəvət edilmişdir.

2010-cu ilin 01-03 iyun tarixlərində Bakıda keçirilmiş 17-ci Xəzər Beynəlxalq Neft və Qaz Konfransında Birləşmiş Ərəb Əmirliklərinin Energetika Naziri Məhəmməd bin Dhaen əl-Hamilinin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2010-cu ilin 09-10 iyun tarixlərində Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrdə iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirinin siyasi məsələlər üzrə müavini Tariq Əhməd Əl-Hidanın başçılıq etdiyi nümayəndə heyəti 2010-cu ilin 08-11 iyun tarixlərində ölkəmizdə səfərdə olmuşdur.

Siyasi məsləhətləşmələrin sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfov və Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirinin müavini tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

Səfər zamanı BƏƏ nümayəndə heyəti Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov, Xarici İşlər Nazirinin müavinləri A.Əzimov və H.Paşayev tərəfindən qəbul edilmiş, Azərbaycan Diplomatik Akademiyasında olmuşdur.

2011-ci ilin 20-24 fevral tarixlərində Əbu-Dabidə keçirilmiş “İDEX-2011” Beynəlxalq Müdafiə Sərgi və Konfransında Azərbaycan Respublikasının Müdafiə Naziri S.Əbiyev, Müdafiə Sənayesi Naziri Y.Camalov və Dövlət Sərhəd Xidmətinin rəisi E.Quliyev iştirak etmişlər. 

2011-ci ilin 21-23 mart tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinə səfər etmişdir. E.Məmmədyarov BƏƏ-yə səfəri çərçivəsində ölkənin Xarici İşlər Naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan ilə görüş keçirmişdir.

Səfər zamanı “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə mübarizə üzrə Milli Komitəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanmışdır.

2011-ci ilin 23-24 aprel tarixlərində Beynəlxalq Atçılıq Federasiyasının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktumun xanımı Ülyahəzrət Haya Bint Əl Hüseyn Azərbaycanda səfərdə olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Ülyahəzrətləri Haya Bint Əl Hüseyni qəbul etmişdir.

2011-ci ilin 2-4 may tarixlərində Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilmişdir. Sözügedən iclasda iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Naziri Sultan bin Səid Əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

İclasda Azərbaycan Respublikası Hökuməti və BƏƏ Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının Protokolu imzalanmışdır.

2011-ci ilin 28 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin iqamətgahı Bakıda olmaqla Azərbaycana təyin olunmuş yeni səfiri Səlim Xəlifə Əl-Ğafli etimadnamələrinin surətini Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarova təqdim etmişdir.

2011-ci ilin 2 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana təyin olunmuş yeni səfiri Səlim Xəlifə Əl-Ğaflinin etimadnamələrini qəbul etmişdir.

2012-ci ilin 14 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Səfər zamanı Şeyx Abdullah bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri İ.Əliyev, Xarici İşlər Naziri E.Məmmədyarov, Sənaye və Energetika Naziri N.Əliyev, habelə İqtisadi İnkişaf Naziri Ş.Mustafayev ilə görüşlər keçirmişdir.

14 mart 2012-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dubay şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi barədə Sərəncam imzalamışdır.

  Azərbaycan Respublikası Prezidentinin 2 iyul 2012-ci il tarixli, 2315 saylı Sərəncamı ilə Pərviz İsmayılzadə Azərbaycan Respublikasının Dubay şəhərində Baş Konsulu təyin edilmişdir.

2012-ci ilin 28 iyun – 1 iyul tarixlərində Bakıda keçirilmiş “Crans Montana” forumunda Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra Əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Hamad Əş-Şərqi iştirak etmişdir. Səfər zamanı Şeyx Məhəmməd Əş-Şərqini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmişdir.

2012-ci ilin 19 dekabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilmişdir.

 Azərbaycan və BƏƏ BMT, İƏT və digər nüfuzlu regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BƏƏ tərəfi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünlərin olduğunu nəzərə alaraq, BƏƏ-nin Qırmızı Aypara Cəmiyyəti, “Dar əl-Bir” xeyriyyə cəmiyyəti, Zayed bin Sultan Əl Nəhyan xeyriyyə təşkilatı və digər humanitar təşkilatlarla sıx əlaqələr qurulması istiqamətində müvafiq işlər görülmüşdür.

BƏƏ-nin humanitar təşkilatları tərəfindən Azərbaycandakı qaçqın və köçkünlərə müntəzəm olaraq humanitar yardımlar göndərilmişdir. Qeyd edilməlidir ki, “Dar əl-Bir” xeyriyyə cəmiyyətinin Bakıdakı nümayəndəliyi 1996-cı ildən fəaliyyət göstərir.

Əbu-Dabi İnkişaf Fondu 1996-cı ildə Azərbaycan tərəfinə “Bakı dairəvi avtomobil yolunun yenidən qurulması layihəsinin” həyata keçirilməsi üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırmışdır. 2004-cü ilin 22 mart tarixində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Hökuməti və Əbu-Dabi İnkişaf Fondu arasında Bakı dairəvi avtomobil yolu layihəsinin maliyyələşdirilməsinə dair Borc Sazişi imzalanmışdır. Sazişi Səfir E.Səlimov və Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Səid Xalfan əl-Rumeysi imzalamışlar.

2012-ci ildə Bakıda Dubay Ticarət və Sənaye Palatasının (DTSP) nümayəndəliyi açılmışdır. Bu nümayəndəlik DTSP-nin xaricdə açılmış ilk nümayəndəliyi olmuşdur.

2013-cü ilin 18-21 fevral tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyanın dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Rəsmi səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdulla bin Zayed Əl-Nəhyan ilə görüşmüşdür. Görüşdə ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq bildirilmiş, iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi və birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılmışdır.

2014-cü ilin 19-22 yanvar tarixlərində Azərbaycan Respublikasının Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti Ərəb Əmirliklərində səfərdə olmuşdur. Səfər zamanı heyət, “Əbu-Dabi Davamlılıq Həftəsi”nin rəsmi açılış mərasimində iştirak etmiş, Əbu-Dabi İnkişaf Fondu və  Bərpa olunan enerji mənbələri üzrə Beynəlxalq Agentliyin (IRENA) rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirmişdir.

2014-cü ilin 8-11 mart tarixlərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Rəbiyyət Aslanova, Hadı Rəcəbli, Hüseynbala Mirələmov və Cavanşir Paşazadədən, eləcə də QMİ sədrinin müavini Sabir Həsənli və QMİ Xarici Əlaqələr Şöbəsinin müdiri Müqəddəs Payızovdan ibarət nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyanın dəvətinə əsasən, “Müsəlman Cəmiyyətlərində Sülhün Təşviqi” adlı beynəlxalq Forumda iştirak etmək məqsədi ilə paytaxt Əbu-Dabidə rəsmi səfərdə olmuşdur.

2014-cü ilin 17-18 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın beşinci iclasında iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat Naziri Sultan bin Səid Əl Mənsurinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur.

2015-ci ilin 16-23 yanvar tarixlərində Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun rəhbərlik etdiyi nümayəndə heyəti BƏƏ-də səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Bərpa olunan Enerji üzrə Beynəlxalq Agentliyin (IRENA) Assambleyasının 5-ci iclasında və Əbu-Dabi Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak etmişdir. Eyni zamanda heyət BƏƏ Energetika Nazirliyi, Əbu-Dabi İnkişaf Fondu (ƏDİF), Masdar İnstitutu və Dubay Elektrik və Su Qurumunun rəhbərliyi ilə ikitərəfli görüşlər keçirmişdir.

01-02 aprel 2015-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum un rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Bakıda səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev nümayəndə heyətini qəbul etmişdir. Görüşün sonunda “Fövqəladə halların idarə olunması haqqında Anlaşma Memorandumu” və qiymətli kağızlar sahəsində “Yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdır.

23-27 may 2015-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Ali Milli Təhlükəsizlik Şurası Liman, Sərhəd və Azad Zonaların Təhlükəsizliyi Baş Qurumunun baş direktoru Casim Məhəmməd Əz-Zaabinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik E.Quliyevin dəvəti ilə Bakıya səfəri baş tutmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik E.Quliyev, Dövlət Miqrasiya Xidmətinin rəisi general-mayor F.Nəbiyev və Müdafiə Sənayesi Naziri Y.Camalov ilə görüşlər keçirmişdir.

20 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana təyin olunmuş yeni səfiri Məhəmməd Həlim Əl-Qubeysinin etimadnamə vərəqələrini qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 25 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Elxan Cahangir oğlu Qəhrəmanov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən geri çağrılmışdır.

Azərbaycan Respublikasının Prezidentinin 12 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli Səfiri təyin edilmişdir.

16-17 yanvar 2016-cı il tarixlərində Əbu-Dabi şəhərində keçirilən Bərpa olunan Enerji üzrə Beynəlxalq Agentliyin Assambleyasının 6-cı iclasında Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

2016-cı ilin 01-02 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuşdur.

Fevralın 01-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Əbu-Dabinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında geniş tərkibdə görüş baş tutmuşdur.

Əbu-Dabi şəhərinə səfərin yekununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkənin qurucusu Şeyx Zayed Məscid kompleksini ziyarət etmiş, kompleks haqqında məlumatlarla tanış olmuş və xatirə kitabına ürək sözlərini yazmışdır.

02 fevral tarixində Prezident cənab İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktum arasında geniş tərkibdə görüş keçirilmişdir.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid Əl Maktumun iştirakı ilə aşağıdakı sənədlərin imzalanma mərasimi keçirilmişdir.

  1. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair Saziş” (İqtisadiyyat Naziri Ş.Mustafayev və Nazirlər Kabinetinin işləri və Gələcək Naziri Məhəmməd Abdullah Əl Qarqavi tərəfindən imzalanmışdır);
  2. “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Baş Departamenti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” (İqtisadiyyat Naziri Ş.Mustafayev və Nazirlər Kabinetinin işləri və Gələcək Naziri Məhəmməd Abdullah Əl Qarqavi tərəfindən imzalanmışdır).

 

Həmin gün Azərbaycan Prezidenti dünyanın ən hündür göydələni sayılan “Bürc Xəlifə”ni ziyarət etmiş, göydələn barəsində məlumatlarla tanış olmuşdur.

15 fevral 2016-cı il tarixində Səfir Daşqın Məzi oğlu Şikarov etimadnamə vərəqələrini Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Maktuma təqdim etmişdir.

17-18 fevral 2016-cı il tarixlərində Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Müstəqil Dövlətlər Birliyi ölkələri Qədim güzərgahlar – yeni imkanlar” adlı 1-ci Qlobal Biznes Forumda Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini Sahil Babayev və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov iştirak etmişlər.

25-27 aprel 2016-cı il tarixlərində Bakı şəhərinin ev sahibliyi etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Birləşmiş Ərəb Əmirliklərinin Tolerantlıq üzrə dövlət naziri Şeyxə Lübnə Əl Qasimi, eləcə də Şarca Mətbuat Mərkəzinin Prezidenti Şeyx Sultan bin Əhməd Əl Qasimi iştirak etmişlər. Səfəri çərçivəsində qonaqları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyeva və Xarici İşlər Naziri E.Məmmədyarov qəbul etmişlər.

25-28 aprel 2016-cı il tarixlərində Dubay şəhərində keçirilən “Arabian Travel Market 2016” Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm Şöbəsinin müdiri A.İsmiyevin başçılığı ilə nümayəndə heyəti iştirak etmişdir. Sərgiyə, həmçinin “Shahdag Mountain Resort”, “SW travel”, “Greenwich Travel”, “Geo-travel”, “The Tour”, “Green Apple”, “Khazar Travel”, “Pasha Travel”, “Millennium tourism”, “Victory tour”, “Falcon travel”, “Turizm.az”, “Atlas Travel”, “Delta travel”, “Flame Tour and travel”, “Jumeirah Hotel Baku”, “Excelsior Hotel Baku”, “Hilton Hotel Baku”, “Fairmont Hotel Baku” kimi 19 turizm şirkəti və mehmanxanası qatılmışdır.

2 may 2016-cı il tarixində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Əbu-Dabidə səfərdə olmuşdur. Səfərin məqsədi Əbu-Dabidə icbari tibbi sığorta sistemi üzrə qurulan sistemlə, səhiyyənin maliyyəşləşdirmə mexanizmləri ilə tanış olmaq, yerli qurumlarda görüşlər keçirmək, mövcud təcrübəni araşdırmaq olmuşdur. Səfər çərçivəsində, həmçinin Əbu-Dabi Səhiyyə Qurumunun baş direktoru xanım Maha Taysir Barakat ilə görüş keçirilmişdir.

9-10 iyun 2016-cı il tarixlərində EXPO 2020-nin direktorlar şurasının sədri Tariq Oliveira Şayya Bakıda səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Naziri, Mədəniyyət və Turizm Naziri və Heydər Əliyev Mərkəzinin direktoru ilə görüşlər təşkil edilmiş və ölkəmizin EXPO 2020-də iştirakı məsələləri müzakirə edilmişdir.

4-6 sentyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti “Citiscape Global” Daşınmaz Əmlak Sərgisində iştirak etmişdir. Səfərin məqsədi ölkəmizdə keçiriləcək REC Expo sərgisi öncəsində “Citiscape Global” sərgisinin təşkilati baxımdan təcrübəsinin öyrənilməsi olmuşdur.

27-30 sentyabr 2016-cı il tarixlərində Bakı şəhərində keçirilən “ADEX 2016” Beynəlxalq Müdafiə Sərgisində Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd bin Əhməd Əl-Bəvardinin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

12-13 oktyabr 2016-cı il tarixlərində Əbu-Dabi şəhərində keçirilən İslam Əməkdaşlıq (İƏT) İnsan Hüquqları üzrə Müstəqil Daimi Komissiyası tərəfindən “İnkişaf Hüququ” mövzusunda beynəlxalq seminarda İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova iştirak etmişdir.

19-21 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olmuşdur.

7-10 noyabr 2016-cı il tarixlərində Əbu-Dabi şəhərində təşkil edilən Beynəlxalq Neft Sərgi və Konfransı - ADIPEC 2016-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti R. Abdullayevin rəhbərlik etdityi nümayəndə heyəti iştirak etmişdir.

15-17 noyabr 2016-cı il tarixlərində Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Səif Əl Ğureyr ölkəmizdə səfərdə olmuşdur. Səfər zamanı DTSP nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti, İqtisadiyyat və Fövqəladə Hallar Nazirləri, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Sədri, eləcə də bir sıra Azərbaycan şirkətləri ilə görüşləri təşkil edilmiş, iki tərəf arasında ticarət-investisiya əlaqələrinin inkişafı yolları müzakirə edilmişdir.

18-20 noyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov Əbu-Dabi şəhərində keçirilən “Sir Bani Yas Forumu”nda iştirak etmişdir.

21-25 noyabr 2016-cı il tarixlərində Bakı Ali Neft Məktəbinin rektoru E.Qasımovun başçılıq etdiyi nümayəndə heyəti Heriot-Vatt Universiteti-Dubayın rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və Əbu-Dabi Neft İnstitutu ilə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Əbu-Dabi və Dubay şəhərlərinə səfər etmişdir.

19-23 fevral 2017-ci il tarixlərində Əbu-Dabi şəhərində keçirilən “İDEX-2017” Beynəlxalq Müdafiə Sərgi və Konfransında Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri general-polkovnik K.Heydərovun, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı general-polkovnik E.Quliyevin rəhbərliyi ilə nümayəndə heyətləri, eləcə də AR Müdafiə Sənayesi və Daxili İşlər Nazirliklərindən nümayəndə heyətləri iştirak etmişlər.

22-23 mart 2017-ci il tarixlərində Şarca şəhərində keçirilən “Beynəlxalq Hökuməti Rabitəsi Forumu”nda fəxri qonaq qismində Azərbaycan Respublikasının Baş nazirinin müavini Ə.Əhmədov fəxri qonaq qismində iştirak etmişdir. Forumun açılışında Baş nazirin müavini müasir qlobal çağırışlar fonunda beynəlxalq hökumət rabitəsinin önəmliyi, eləcə də Azərbaycanın son 12 il ərzində əldə etdiyi nailiyyətləri barəsində nitqlə çıxış etmiş, nitqində Ermənistan-Azərbaycan Dağlıq Qabarağ münaqişəsinə də toxunmuşdur.

28-30 mart 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik R.Usubovun başçılıq etdiyi nümayəndə heyəti Ərəb Əmirliklərində rəsmi səfərdə olmuşdur.

19-20 aprel 2017-ci il tarixlərində Dubay şəhərində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçirilmişdir. İclasın yekununda Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Ş.Mustafayev və Birləşmiş Ərəb Əmirlikilərinin İqtisadiyyat Naziri Sultan bin Səid Əl-Mənsuri Protokol imzalamışlar.

Səfəri əsnasında, həmçinin Azərbaycan İqtisadiyyat Nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti “DP World” şirkətinin prezidenti Sultan bin Süleym ilə görüşmüş, şirkətin Ələt Dəniz Limanının ərazisində Azad Ticarət Zonasının yaradılması ilə bağlı şirkətin hazırladığı müfəssəl təqdimatla tanış olmuşdur. Nümayəndə heyəti “VPS Healthcare” şirkətinin imkanları ilə də tanış olmuşdur. Eyni zamanda, Dubay Ticarət və Sənaye Palatasında hər iki tərəfin iş adamlarının iştirakı ilə Biznes Forum keçirilmişdir.

21-22 may 2017-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed əl Nəhyan Azərbaycana rəsmi səfər etmişdir. Nazir Azərbaycan Respublikasının Örezidenti Zati-aliləri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbul edilmişdir. Səfər çəçrivəsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov və Şeyx Abdullah bin Zayed əl Nəhyan arasında hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüşlərdə iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq, bir-birinin ərazi bütövlüyü və suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha qarşılıqlı hörmət və dəstək ifadə edilmişdir. Tərəflər Dubayın Cəbəl Əli limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq və təcrübə mübadiləsini təqdir emişdirlər. Elmar Məmmədyarov BƏƏ vətəndaşlarına münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi və nəticə etibarilə, 2015-ci illə müqayisədə 2016-cı ildə BƏƏ-dən olan turistlərin sayında 30 dəfədən artıq artımın müşahidə olunmasını müsbət addım kimi qiymətləndirmişdir. Həmçinin həftəlik reyslərin sayının 30-a çatdığını, BƏƏ və Azərbaycanın şəhərlərini birlşdirən yeni uçuş reyslərinin açılmasının planlaşdırıldığı və bu kimi addımların iki ölkə arasında insanlararası və işgüzar təmasların artmasına daha da töhfə verəcəyi qeyd edilmişdir.

Səfər çərçivəsində "Azərbaycan Respublikasının Standartlaşdırma, Metreologiya və Patentləşdirmə üzrə Dövlət Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Standartlaşdırma, metreologiya üzrə Əmirlik orqanı arasında uyğunluq sertifikatlarının və uyğunluq nişanlarının qarşılıqlı tanınması haqqında Anlaşma Memorandumu" imzalanmışdır. Şeyx Abdulla bin Zayed əl Nəhyan Bakıda keçiilən 4-cü İslam Həmrəylik Oyunlarının təntənəli bağlanış mərasimində də iştirak etmişdir.