İkitərəfli münasibətlərin müqavilə-hüquq bazası

Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur. 2001-ci ilin 16 iyun tarixindən etibarən Azərbaycan Respublikasının Səfirliyi BƏƏ-nin paytaxtı Əbu Dabi şəhərində fəaliyyət göstərir. 1994-cü ilin iyun ayında BƏƏ Ankaradakı Səfirini Azərbaycana təyin etmişdir. Hazırda BƏƏ Səfirliyinin Müvəqqəti İşlər Vəkili İsmayıl əl-Zəəbidir (24.05.2008-ci ilin məlumatına əsasən). 2011-ci ilin 28 oktyabr tarixində BƏƏ-nin iqamətgahı Bakıda olmaqla Azərbaycana təyin olunmuş yeni səfiri Səlim Xəlifə Əl-Ğafli etimadnamələrinin surətini Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarova təqdim etmişdir.

 “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında onların müvafiq əraziləri arasında və bu ərazilərin hüdudlarından kənarda hava əlaqəsinin yaradılması haqqında Saziş”

     08 iyul 2003-cü il, Bakı

2.   “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri
Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”

25 aprel 2004-cü il, Əbu Dabi                                                                                                                                 

3. “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Birləşmiş Ərəb Əmirliklərinin Rafi Oyl EfZeİ (Rafi Oyl) və ARDNŞ-nin Ortaq Neft Şirkəti (ONŞ) arasında Saziş”

     16 avqust 2005-ci il                                                                                                                                

4. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hərbi əməkdaşlıq haqqında Saziş”

20 noyabr 2006-cı il, Əbu Dabi

5. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticari və texniki əməkdaşlıq haqqında Saziş”

20 noyabr 2006-cı il, Əbu Dabi

6. “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”

20 noyabr 2006-cı il, Əbu Dabi

7. “Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında Müqavilə”

20 noyabr 2006-cı il, Əbu Dabi

8. “Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqavilə”

20 noyabr 2006-cı il, Əbu Dabi

9.  “Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Birləşmiş Ərəb Əmirliklərinin Milli Olimpiya Komitəsi arasında olimpiya hərəkatı və idman sahəsində Anlaşma Memorandumu”

20 noyabr 2006-cı il, Əbu Dabi

10.“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

20 noyabr 2006-cı il, Əbu Dabi

11.“Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”

20 noyabr 2006-cı il, Əbu Dabi

12.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında
Saziş” 

20 noyabr 2006-cı il, Əbu Dabi

13.“Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”

20 noyabr 2006-cı il, Əbu Dabi

14.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya”

20 noyabr 2006-cı il, Əbu Dabi

15.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”

02 may 2007-ci il, Dubay

16.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”

10 dekabr 2007-ci il, Əbu Dabi

17.“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu” 17 mart 2008-ci il, Əbu Dabi

18.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın birinci iclasının Protokolu”

26 may 2008-ci il, Bakı

19.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının Protokolu”

22 dekabr 2009-cu il, Əbu Dabi

20.“AZPROMO və Birləşmiş Ərəb Əmirliklərinin Federal Sənaye və Ticarət Palatası arasında Anlaşma Memorandumu”

22 dekabr 2009-cu il, Əbu Dabi

21.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandumu”

09 iyun 2010-cu il, Bakı

22.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının Protokolu”

3 may 2011-ci il, Bakı

23.Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş”

3 may 2011-ci il, Bakı

24.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 4-cü iclasının Protokolu”

19 dekabr 2012-ci il, Dubay

25.“AZPROMO ilə BƏƏ Federal Ticarət və Sənaye Palatası arasında AR-BƏƏ biznes şurasının yaradılması haqqında Anlaşma Memorandumu”

19 dekabr 2012-ci il, Dubay

26.“Azərbaycan Dövlət Teleqraf Agentliyi “AzərTAc” və BƏƏ Dövlət İnformasiya Agentliyi “WAM” arasında əməkdaşlıq və informasiya mübadiləsi haqqında Anlaşma Memorandumu”

03 oktyabr 2014-cü il, Bakı

27.“Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın 5-ci iclasının Protokolu”

17 noyabr 2014-cü il, Bakı

28.“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Milli Fövqəladə Böhran və Fəlakətlərin İdarə Edilməsi Qurumu arasında fövqəladə halların idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

02 aprel 2015-ci il, Bakı

29.“Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin Qiymətli Kağızlar və Əmtəə Komitəsi arasında qiymətli kağızlar sahəsində yardım və qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumu”

02 aprel 2015-ci il, Bakı

 

 

bakushop