Səfirin müraciəti

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin internet səhifəsinə xoş gəlmişsiniz. Bizim saytda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlər, o cümlədən Səfirliyimizin fəaliyyəti haqqında məlumatları əldə edə bilərsiniz.

Azərbaycan bəşəriyyətin ən qədim yerlərindən biri hesab edilir. Azərbaycanda ilk dövlətçilik məhz eramızdan əvvəl doqquzuncu əsrdə yaradılmışdı. Roma İmperiyasının dominantlığı dövründə regionda öz müstəqilliyini əldə etmiş ilk dövlətlərdən biri Qafqaz Albaniyası idi. Azərbaycan hələ o dövr qədim Yunan, Roma və başqa ölkələrin tarixçi və səyahətçilərinin işlərində təsvir edilmişdi.

1918-ci ildə müsəlman Şərqində ilk demokratik quruluşlu ölkə yaradılmış və bu ölkənin ömrü təəssüflər olsun ki, 1920-ci ildə bitmişdi. 23 aylıq ömrü ərzində Azərbaycan Demokratik Respublikası Azərbaycançılıq simvoluna çevrilmiş və milli mənsubiyyəti və dinindən asılı olmayaraq, qadın və kişini bərabər səs hüququ ilə təmin etmişdi. 1991-ci ildə Azərbaycan yenidən müstəqilliyini bərpa etdi. Və müstəqilliyini bərpa etdikdən sonra müştərək dini, tarixi və mədəni bağlılıqları bölüşdüyü bütün İslam, xüsusən də ərəb ölkələri ilə ikitərəfli əlaqələr və əməkdaşlıq qurdu. Hazırda Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Səudiyyə Ərəbistanı Krallığında, Küveyt Dövlətində, Qətər Dövlətində, eləcə də İordaniya Krallığında, Suriya Ərəb Respublikasında, Mərakeş Krallığında, Liviyada və Misir Ərəb Respublikasında Səfirlikləri, Dubay Əmirliyində, həmçinin Baş Konsulluğu fəaliyyət göstərir.

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin bünövrəsi müasir Azərbaycanın banisi Ümummilli Lider Heydər Əliyev və BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyan arasında 1994-cü ildə İslam Konfransı Təşkilatının (hazırda İslam Əməkdaşlıq Təşkilatı) Kasablanka Sammiti çərçivəsində keçirilmiş tarixi görüşdə qoyuldu. Həmçinin bu görüş, habelə AR Prezidenti cənab İlham Əliyevin 2006-cı ildə BƏƏ-yə rəsmi səfəri çərçivəsində BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyanla keçirdiyi görüş də Azərbaycan-BƏƏ əlaqələrinin və ikitərəfli əməkdaşlığın inkişaf istiqamətlərini müəyyən etdi.

Azərbaycanın zəngin imkanları, güclü iqtisadiyyatı, müasir infrastrukturu və stabil sosial siyasəti professional və bilikli gənc nəslin yetişməsinə münbit şərait yaratmışdı. Azərbaycan Avropaya və Avro-Atlantik qurumlarına inteqrasiya olunaraq, qlobal təhlükəsizliyin gücləndirilməsində öz töhfəsini vermək, habelə Avropanın enerji xəritəsində müstəsna rol oynamaqdadır. Bütün bu məqsədlərə nail olmaq üçün sözsüz ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin müstəsna rolunu qeyd etmək lazımdır.   

Davos Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadi rəqabət qabiliyyətliliyinə görə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında birinci yerə layiq görülmüşdü. Azərbaycan mühüm beynəlxalq təşkilatların üzvü və Cənubi Qafqaz regionunda strateji tərəfdaşıdır. 2012-2013-cü illər ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq, beynəlxalq sülh və təhlükəsizliyin təminatında öz töhfələrini vermişdi.

Digər tərəfdən, Səfirliyimizin internet səhifəsi Azərbaycan həqiqətlərinin, xüsusən də BƏƏ cəmiyyətində geniş yayılmasında fəal iştirak edən və ya edə biləcək bu ölkədə təhsil alan tələbələrimiz və daimi və ya müvəqqəti əsasda yaşayan həmvətənlərimiz üçün olduqca faydalı məlumat bazasıdır.

Mən, sizi bizim internet səhifəmizdən fəal istifadəsinə dəvət edir, hər hansı bir əlavə məlumatın əldə edilməsində Səfirliyin əməkdaşlarının sizə yardım etməkdən məmnun olduqlarını bildirirəm.  

İnternet səhifəmizə baş çəkdiyiniz üçün sizə təşəkkür edirəm.

Daşqın Şikarov