İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR

Birləşmiş Ərəb Əmirlikləri ilk dövlətlərdən biri olaraq 1991-ci ilin 26 dekabr tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələr 1992-ci ilin 01 sentyabr tarixində qurulmuşdur. 2001-ci ilin 16 iyun tarixindən etibarən Azərbaycan Respublikasının Səfirliyi BƏƏ-nin paytaxtı Əbu Dabi şəhərində fəaliyyət göstərir. 1994-cü ilin iyun ayında BƏƏ Ankaradakı Səfirini Azərbaycana təyin etmişdir. Hazırda BƏƏ Səfirliyinin Müvəqqəti İşlər Vəkili İsmayıl əl-Zəəbidir (24.05.2008-ci ilin məlumatına əsasən). 2011-ci ilin 28 oktyabr tarixində BƏƏ-nin iqamətgahı Bakıda olmaqla Azərbaycana təyin olunmuş yeni səfiri Səlim Xəlifə Əl-Ğafli etimadnamələrinin surətini Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarova təqdim etmişdir.